https://sputnik.az/20210908/AZAL-Ermnistann-hava-mkanndan-istifad-etmir-427879926.html
AZAL Ermənistanın hava məkanından istifadə etmir
AZAL Ermənistanın hava məkanından istifadə etmir
Sputnik Azərbaycan
Azərbaycan və Ermənistan arasında münaqişə səbəbindən və qarşılıqlı maliyyə hesabatının mövcud olmaması ilə əlaqədar AZAL aviaşirkəti Ermənistanın hava... 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T19:37+0400
2021-09-08T19:37+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
azal
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854335_0:0:1875:1055_1920x0_80_0_0_76b15ed867c54f8cc0cfe789d9fdcd0d.jpg
BAKI, 8 sentyabr — Sputnik. "Turkish Airlines" aviaşirkətinin Naxçıvan-Gəncə istiqaməti üzrə reysi Ermənistanın hava məkanı vasitəsilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiq edilmiş və uzun müddət ərzində istifadə olunan hava yolu ilə həyata keçirilib.Bu barədə "APA-Economics"ə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.Qeyd edilir ki, Azərbaycanın hava məkanı vasitəsilə də xarici aviaşirkətlər tərəfindən Ermənistan hava limanlarına və Ermənistan hava limanlarından ICAO tərəfindən təsdiq edilmiş beynəlxalq hava yolları ilə uçuşlar həyata keçirilir."Yəni Azərbaycanın hava məkanı vasitəsilə Ermənistanın hava limanlarına uçuşlar icra etmək üçün kommersiya aviasiyasının uçuşlarına məhdudiyyət yoxdur", - AZAL-dan bildirilib.Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münaqişə səbəbindən və qarşılıqlı maliyyə hesabatının mövcud olmaması ilə əlaqədar AZAL aviaşirkəti Ermənistanın hava məkanından keçən beynəlxalq hava yolları ilə uçuşlar yerinə yetirmir.Xatırladaq ki, "Flight Radar" resursunun məlumatına görə, 4 sentyabr tarixində "Turkish Airlines"a məxsus sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Gəncədən Naxçıvana uçuş yerinə yetirib.Həmçinin oxuyun:Qarabağa açılan qanadlar, hərbi təlimlər və Sumqayıt üçün tarixi gün
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854335_207:0:1875:1251_1920x0_80_0_0_ea2c2a9ba032d75636f3e8145b34fc71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azal, azərbaycan
xəbərlər, azal, azərbaycan
AZAL Ermənistanın hava məkanından istifadə etmir
19:37 08.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Azərbaycan və Ermənistan arasında münaqişə səbəbindən və qarşılıqlı maliyyə hesabatının mövcud olmaması ilə əlaqədar AZAL aviaşirkəti Ermənistanın hava məkanından keçən beynəlxalq hava yolları ilə uçuşlar yerinə yetirmir.
BAKI, 8 sentyabr — Sputnik. "Turkish Airlines" aviaşirkətinin Naxçıvan-Gəncə istiqaməti üzrə reysi Ermənistanın hava məkanı vasitəsilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiq edilmiş və uzun müddət ərzində istifadə olunan hava yolu ilə həyata keçirilib.
Bu barədə "APA-Economics"ə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Qeyd edilir ki, Azərbaycanın hava məkanı vasitəsilə də xarici aviaşirkətlər tərəfindən Ermənistan hava limanlarına və Ermənistan hava limanlarından ICAO tərəfindən təsdiq edilmiş beynəlxalq hava yolları ilə uçuşlar həyata keçirilir.
"Yəni Azərbaycanın hava məkanı vasitəsilə Ermənistanın hava limanlarına uçuşlar icra etmək üçün kommersiya aviasiyasının uçuşlarına məhdudiyyət yoxdur", - AZAL-dan bildirilib.
Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münaqişə səbəbindən və qarşılıqlı maliyyə hesabatının mövcud olmaması ilə əlaqədar AZAL aviaşirkəti Ermənistanın hava məkanından keçən beynəlxalq hava yolları ilə uçuşlar yerinə yetirmir.
Xatırladaq ki, "Flight Radar" resursunun məlumatına görə, 4 sentyabr tarixində "Turkish Airlines"a məxsus sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Gəncədən Naxçıvana uçuş yerinə yetirib.