Taliban* Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini açıqladı

© AFP 2024 / AHMAD SAHEL ARMANСилы сопротивления талибам (террористическая организация, запрещена в РФ)
Силы сопротивления талибам (террористическая организация, запрещена в РФ) - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik və digərləri olacaq.
BAKI, 7 sentyabr - Sputnik. "Taliban" Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, Əfqanıstanın baş naziri vəzifəsini Molla Məhəmməd Həsən Axund icra edəcək.
Baş nazirin müavini Molla Abdulqani Bəradər təyin edilib.
Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik, mədəniyyət və informasiya naziri isə Zəbihullah Mücahid olacaq.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
Həmçinin oxuyun: 
* Taliblər Kabildə etiraz aksiyasını işıqlandıran televiziya operatorunu saxlayıblar
Taliblər Pəncşirin strateji cəhətdən daha iki mühüm rayonunu ələ keçirdilər
* Pəncşir təslim olub: Taliban* ora nəzarəti ələ keçirib
Xəbər lenti
0