https://sputnik.az/20210907/SOS-Koronavirusun-Mu-tamm-srhdlrimiz-atd-427867336.html
SOS: Koronavirusun "Mu" ştammı sərhədlərimizə çatdı
SOS: Koronavirusun "Mu" ştammı sərhədlərimizə çatdı
Sputnik Azərbaycan
Türkiyədə koronavirusa yoluxma hallarının 90%-dən çoxu "Delta" və ya "Delta Plus" ştammı təşkil edir. 07.09.2021, Sputnik Azərbaycan
2021-09-07T13:05+0400
2021-09-07T13:05+0400
2021-09-07T13:08+0400
xəbərlər
səhiyyə
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426705648_0:312:3071:2048_1920x0_80_0_0_f0215f719c7a8313edf2b2dfe569dced.jpg
BAKI, 7 sentyabr — Sputnik. Türkiyədə iki nəfərdə koronavirusun "Mu" ştammı aşkarlanıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.O qeyd edib ki, "Mu" ştammı ilə bağlı Türkiyədə hər hansı bir yeni qayda qəbul olunmayacaq.Səhiyyə naziri vurğulayıb ki, Türkiyədə koronavirusa yoluxma hallarının 90%-dən çoxu "Delta" və ya "Delta Plus" ştammı təşkil edir: "İki doza vaksin vurduran şəxslərin sayının artması ilə bağlı yoluxma hallarının zamanla düşəcəyini düşünürəm. Lakin kütləvi immunitetlə yanaşı, maska, məsafə kimi bildiyimiz klassik qaydalara mütləq riayət etmək lazımdır".Qeyd edək ki, daha əvvəl Böyük Britaniyada koronavirusun yeni "Mu" ştammına 48 yoluxma faktı qeydə alınıb. Bu barədə "The Mirror" qəzeti yazıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "Mu" (Mü) və ya B.1.621 ştammı hazırda 39 ölkədə yayılıb.Alimlər bu mutasiyanın COVID-19 vaksinlərinə qarşı daha davamlı olduğunu təxmin edirlər. Xatıradaq ki, "Mu" ştammı ilin əvvəlində Kolumbiyada aşkarlanıb. "Mu" variantının ümumən yayılması yavaş olsa da, Kolumbiya və Ekvadorda bu proses artmaqda davam edir.Həmçinin oxuyun:* "Koronavirusun yeni yayılmış "Mu" ştammının təhlükəsi - Sürətlə yoluxdurur...* İnfeksionist: “Koronavirusun yeni növləri yaranacaq”* Koronavirusun "Beta" və "Delta" ştamlarından daha təhlükəli növü aşkarlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426705648_0:118:3071:2048_1920x0_80_0_0_5ccaa0fbcd61982543cc114832e83421.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
SOS: Koronavirusun "Mu" ştammı sərhədlərimizə çatdı
13:05 07.09.2021 (Yenilənib: 13:08 07.09.2021) Türkiyədə koronavirusa yoluxma hallarının 90%-dən çoxu "Delta" və ya "Delta Plus" ştammı təşkil edir.
BAKI, 7 sentyabr — Sputnik. Türkiyədə iki nəfərdə koronavirusun "Mu" ştammı aşkarlanıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, "Mu" ştammı ilə bağlı Türkiyədə hər hansı bir yeni qayda qəbul olunmayacaq.
Səhiyyə naziri vurğulayıb ki, Türkiyədə koronavirusa yoluxma hallarının 90%-dən çoxu "Delta" və ya "Delta Plus" ştammı təşkil edir: "İki doza vaksin vurduran şəxslərin sayının artması ilə bağlı yoluxma hallarının zamanla düşəcəyini düşünürəm. Lakin kütləvi immunitetlə yanaşı, maska, məsafə kimi bildiyimiz klassik qaydalara mütləq riayət etmək lazımdır".
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyada koronavirusun yeni "Mu" ştammına 48 yoluxma faktı qeydə alınıb. Bu barədə "The Mirror" qəzeti yazıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "Mu" (Mü) və ya B.1.621 ştammı hazırda 39 ölkədə yayılıb.
Alimlər bu mutasiyanın COVID-19 vaksinlərinə qarşı daha davamlı olduğunu təxmin edirlər. Xatıradaq ki, "Mu" ştammı ilin əvvəlində Kolumbiyada aşkarlanıb. "Mu" variantının ümumən yayılması yavaş olsa da, Kolumbiya və Ekvadorda bu proses artmaqda davam edir.