https://sputnik.az/20210907/Prokurorluq-hr-ksi-cmiyytin-bir-halqas-olaraq-erkn-nikaha-son-demy-sslyir-427866991.html
Baş Prokurorluq ölkə vətəndaşlarına müraciət etdi və video yaydı
Baş Prokurorluq ölkə vətəndaşlarına müraciət etdi və video yaydı
Sputnik Azərbaycan
Erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin! 07.09.2021, Sputnik Azərbaycan
2021-09-07T22:20+0400
2021-09-07T22:20+0400
2021-09-07T22:37+0400
xəbərlər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427340814_0:0:3126:1759_1920x0_80_0_0_6d2065be3cdbfb518b71369f6f31273e.jpg
BAKI, 7 sentyabr — Sputnik. Baş Prokurorluq erkən nikah halları ilə bağlı video müraciət hazırlayıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, görülən tədbirlərə baxmayaraq ölkəmizdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem olaraq qalmaqdadır.Baş Prokurorluğun videomüraciətində qeyd olunur ki, erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: "Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin edib. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır. Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir".Prokurorluq müraciətində bildirir ki, erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427340814_395:0:3126:2048_1920x0_80_0_0_43dcd64b569856411193c10347a6aa73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Baş Prokurorluq ölkə vətəndaşlarına müraciət etdi və video yaydı
22:20 07.09.2021 (Yenilənib: 22:37 07.09.2021) Erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!
BAKI, 7 sentyabr — Sputnik. Baş Prokurorluq erkən nikah halları ilə bağlı video müraciət hazırlayıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, görülən tədbirlərə baxmayaraq ölkəmizdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem olaraq qalmaqdadır.
Baş Prokurorluğun videomüraciətində qeyd olunur ki, erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: "Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin edib. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır. Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir".
Prokurorluq müraciətində bildirir ki, erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!