Evlərinə geri dönən məcburi köçkünlərlə bağlı kövrək videoçarxlar hazırlanıb

© Sputnik / Murad OrujovФлаг Азербайджана на одном из зданий в Шуше
Флаг Азербайджана на одном из зданий в Шуше - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Komitə işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.
BAKI, 7 sentyabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.
Sputnik Azərbaycan-a Komitədən verilən məlumatda bildirilir ki, Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.
Videolayihənin növbəti qonaqları Ağdam rayonundan məcburi köçkün, qazi Rey Kərimoğlu və Laçın rayon sakini Qəzənfər Hüseynovdur. Videolayihə əsasında çəkilişlər davam etdirilir. Videoçarxlara bu link vasitəsi ilə baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=ZpYsF_O6hGg
https://www.youtube.com/watch?v=RNqUxa6Bjho
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала