Hotellər COVID pasportu tələbinə məhəl qoymurlar

© REUTERS / RODRIGO GARRIDOРесепшн отеля, фото из архива
Ресепшн отеля, фото из архива  - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Sentyabrın 1-dən bu günə qədər aşkarlanan hüquq pozuntuları sırasında respublika üzrə 19 ictimai iaşə obyektində (restoran, kafe, çay evi) 18 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxaların qapalı məkanlarında göstərilən xidmətlərdən istifadə COVID-19 pasportu, immunitet sertifikatı əsasında təşkil olunur.
Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mediaya açıqlamasında bildirib ki, sentyabrın 1-dən bu günə qədər aşkarlanan hüquq pozuntuları sırasında respublika üzrə 19 ictimai iaşə obyektində (restoran, kafe, çay evi) 18 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Onların sırasında inzibati olaraq həbs olunan və barəsində cinayət işi açılan olmayıb. Yalnız 1 fakt üzrə araşdırma aparılır: "Aparılan təhlillər və monitorinq nəticələri göstərir ki, müəyyən olunan qayda və tələblərə ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanalarda ciddi əməl olunur".
Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxanalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb edilir.
 
Xəbər lenti
0