Azərbaycan turizminin təbliği üçün beynəlxalq platforma ilə əməkdaşlığa başlandı

© Sputnik / Murad OrujovМолодая пара любуется видом на вечерний Баку
Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Yerləşdirilən məlumatların hədəf auditoriyası Yaxın Şərq, Böyük Britaniya, Türkiyə, Rusiya və İsrail olaraq seçilib.
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan Turizm Bürosu aviabiletlər, hotel, tur paketləri və turistik səfərləri onlayn sifariş etməyə imkan verən, dünyaca məşhur "Expedia" platforması ilə rəqəmsal əməkdaşlığa başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, əməkdaşlıq çərçivəsində "expedia.com" və "hotels.com" saytlarında Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ətraflı məlumatlar yerləşdirilib. Yerləşdirilən məlumatların hədəf auditoriyası Yaxın Şərq, Böyük Britaniya, Türkiyə, Rusiya və İsrail olaraq seçilib. Səyahət etmək üçün yeni ölkə axtarışında olanları Azərbaycanı kəşf etməyə çağıran kampaniya istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək. Beynəlxalq səviyyədə kütləvi təbliğat kampaniyalarının əhəmiyyətindən danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın beynəlxalq bazarlardakı fəaliyyətini tədricən bərpa etdiyini qeyd edib.
O bildirib ki, "Expedia" ilə yanaşı, "Skyscanner", "Wego", "Aviasales" platformaları ilə də əməkdaşlıq edilir, beynəlxalq media platformaları vasitəsilə Azərbaycanın turizm imkanlarının daha geniş kütləyə çatdırılması istiqamətində isə işlər davam etdirilir. Tezliklə hədəf bazarlarda nümayəndəliklərin yenidən fəaliyyətə başlayacağını bildirən F.Zenqstşmid beynəlxalq turizm və səyahət sərgilərində iştirak etməyin vacibliyinə də toxunub. Baş icraçı direktor yaxın gələcəkdə "Expo 2020 Dubai" sərgisində "Azərbaycan həftəsi" adı altında 4 turizm marşrutu üzrə təkliflərin müxtəlif tədbirlər vasitəsilə tanıdılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, onlayn səyahət agentliyi xarakteri daşıyan "Expedia" platformasının əsası 1996-cı ildə ABŞ-da qoyulub. Platformanın tərkibində ümumilikdə 112 milyondan çox aylıq unikal ziyarətçi sayına malik olan 200-dən artıq veb-sayt fəaliyyət göstərir. "Expedia.com" və "hotels.com" veb-saytlarının aylıq unikal ziyarətçi sayı isə müvafiq olaraq təqribən 48 və 30 milyon təşkil edir.
Xəbər lenti
0