https://sputnik.az/20210907/Alim-Qasmovun-krkninin-hbsd-qalaca-mddt-aqlanb-427867322.html
Alim Qasımovun kürəkəninin həbsdə qalacağı müddət açıqlanıb
Alim Qasımovun kürəkəninin həbsdə qalacağı müddət açıqlanıb
Sputnik Azərbaycan
Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində elan olunan ittihamları əsas gətirərək Elnur Mövlamovun 10 il azadlıqdan məhrum olunmasını istəyib. 07.09.2021, Sputnik Azərbaycan
2021-09-07T14:04+0400
2021-09-07T14:04+0400
2021-09-07T13:17+0400
xəbərlər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/08/18/427767068_0:0:1200:678_1920x0_80_0_0_7c04743cc6df2428d319b569a12f6de9.jpg
BAKI, 7 sentyabr — Sputnik. Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində elan olunan ittihamları əsas gətirərək Elnur Mövlamovun 10 il azadlıqdan məhrum olunmasını istəyib.Daha sonra zərərçəkmiş şəxs Tamilla Qasımova ona dəymiş 51621 manat ziyanın tam ödənilməsini istəyib.Zərərçəkən şəxs Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova məhkəmədə sonuncu dəfə ifadə verərək ədalətli qərar çıxarılmasını istəyib. Təqsirləndirilən şəxs isə son sözündə zərərçəkmiş şəxs Rəşadət Fərzəliyevlə barışıq əldə etdiyini və dəymiş ziyanın tam ödənildiyini bildirib.Bununla da E.Mövlamov özünü yalnız 178.3.2-ci maddə ilə qismən təqsirli bildiyini deyib. Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər.Hökmə əsasən, təqsirləndirilən şəxs Mövlamov Elnur Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub.Hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxs Tamilla Aslanovanın ona dəymiş 51621 manat ziyanla bağlı qaldırdığı mülki iddia təmin edilsin və dəyən ziyan tam ödənilsin.Qeyd edək ki, məhkəmədə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və qohumu Rəşadət Fərzəliyev tanınıb.Xatırladaq ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.Muğam ifaçısı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlamov Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/18/427767068_0:0:1190:748_1920x0_80_0_0_7223aac76dd6cc7877c940bf31383d87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Alim Qasımovun kürəkəninin həbsdə qalacağı müddət açıqlanıb
Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində elan olunan ittihamları əsas gətirərək Elnur Mövlamovun 10 il azadlıqdan məhrum olunmasını istəyib.
BAKI, 7 sentyabr — Sputnik. Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində elan olunan ittihamları əsas gətirərək Elnur Mövlamovun 10 il azadlıqdan məhrum olunmasını istəyib.
Daha sonra zərərçəkmiş şəxs Tamilla Qasımova ona dəymiş 51621 manat ziyanın tam ödənilməsini istəyib.
Zərərçəkən şəxs Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova məhkəmədə sonuncu dəfə ifadə verərək ədalətli qərar çıxarılmasını istəyib. Təqsirləndirilən şəxs isə son sözündə zərərçəkmiş şəxs Rəşadət Fərzəliyevlə barışıq əldə etdiyini və dəymiş ziyanın tam ödənildiyini bildirib.
Bununla da E.Mövlamov özünü yalnız 178.3.2-ci maddə ilə qismən təqsirli bildiyini deyib. Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər.
Hökmə əsasən, təqsirləndirilən şəxs Mövlamov Elnur Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub.
Hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxs Tamilla Aslanovanın ona dəymiş 51621 manat ziyanla bağlı qaldırdığı mülki iddia təmin edilsin və dəyən ziyan tam ödənilsin.
Qeyd edək ki, məhkəmədə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və qohumu Rəşadət Fərzəliyev tanınıb.
Xatırladaq ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.
Muğam ifaçısı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlamov Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunub.