Abituriyentlərin nəzərinə: İxtisas seçimi bu gün başa çatır

© AFP 2023 / NATALIA KOLESNIKOVAСтуденты, фото из архива
Студенты, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.
BAKI, 7 sentyabr — Sputnik. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 7 sentyabr saat 23:59-da başa çatır.
İxtisas seçimi etsə də, bunu təsdqiləməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq edən abituriyentlər iştirak edə biləcəklər. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.
Həmçinin oxuyun:
* Sabahdan ali məktəblərə qeydiyyat başlayır
Ali məktəblərin qəbul planında 10% yer boş qalıb
Xəbər lenti
0