https://sputnik.az/20210907/-avuolu-Kabil-hava-liman-n-Qtr-v-AB-la-ilyirik-427866719.html
Çavuşoğlu Kabil hava limanı barədə: Qətər və ABŞ-la işləyirik
Çavuşoğlu Kabil hava limanı barədə: Qətər və ABŞ-la işləyirik
Sputnik Azərbaycan
Türkiyə XİN başçısı deyib ki, dünyada hər kəsin hökumətin inklüzivliyi ilə bağlı fikirlərini ifadə etdiyini görür və bunu edirlər. 07.09.2021, Sputnik Azərbaycan
2021-09-07T18:25+0400
2021-09-07T18:25+0400
2021-11-16T20:29+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0d/425190987_0:0:2828:1591_1920x0_80_0_0_c91a21c365021f5217ef01d96071d3ba.jpg
BAKI, 7 sentyabr — Sputnik. Kabil hava limanının işlədilməsi mövzusunda Qətər və ABŞ-la birlikdə işləyirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bildirib."Kabil hava limanının işlədilməsi mövzusunda Qətər və ABŞ-la birlikdə işləyirik. Əfqanıstanda ABŞ-ın dolayısı yolla, NATO-nun çıxmasından sonra Taliban* sürətli bir şəkildə irəlilədi və Kabilə girdi. Hazırda Əfqanıstan Talibanın nəzarət etdiyi bir ölkədir. Bir tərəfdən təşkilatın hökumət qurma fəaliyyəti var. Dünyada hər kəsin hökumətin inklüzivliyi ilə bağlı fikirlərini ifadə etdiyini görürük və biz də bunu edirik. Əfqanıstanın gələcəyi üçün bütün xalqların təmsilçilərinin hökumətdə olması vacibdir", - M.Çavuşoğlu qeyd edib.Qeyd edək ki, son ay ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.* - Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması.Həmçinin oxuyun: * Taliblər Pəncşirin strateji cəhətdən daha iki mühüm rayonunu ələ keçirdilər* Pəncşir təslim olub: Taliban* ora nəzarəti ələ keçirib* Taliblər və türklər Əfqanıstanda vuruşacaqlarmı?
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0d/425190987_97:0:2828:2048_1920x0_80_0_0_5ad1ae6e17f9d16075ec6339ca80136a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Çavuşoğlu Kabil hava limanı barədə: Qətər və ABŞ-la işləyirik
18:25 07.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Türkiyə XİN başçısı deyib ki, dünyada hər kəsin hökumətin inklüzivliyi ilə bağlı fikirlərini ifadə etdiyini görür və bunu edirlər.
BAKI, 7 sentyabr — Sputnik. Kabil hava limanının işlədilməsi mövzusunda Qətər və ABŞ-la birlikdə işləyirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bildirib.
"Kabil hava limanının işlədilməsi mövzusunda Qətər və ABŞ-la birlikdə işləyirik. Əfqanıstanda ABŞ-ın dolayısı yolla, NATO-nun çıxmasından sonra Taliban* sürətli bir şəkildə irəlilədi və Kabilə girdi. Hazırda Əfqanıstan Talibanın nəzarət etdiyi bir ölkədir. Bir tərəfdən təşkilatın hökumət qurma fəaliyyəti var. Dünyada hər kəsin hökumətin inklüzivliyi ilə bağlı fikirlərini ifadə etdiyini görürük və biz də bunu edirik. Əfqanıstanın gələcəyi üçün bütün xalqların təmsilçilərinin hökumətdə olması vacibdir", - M.Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, son ay ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* - Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması.