Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sənədli film çəkmək istəyənlər üçün möhtəşəm fürsət

© AFP 2023 / CLEMENT MAHOUDEAUЗритель в кинотеатре, фото из архива
Зритель в кинотеатре, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi olaraq Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan DokuBaku Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlıq edir.
BAKI, 7 sentyabr — Sputnik. V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 3-7 noyabr 2021 tarixlərində Bakıda baş tutacaq. Sputnik Azərbaycan xəbər verir ki, DokuBaku IDFF, Festivalın təşkilatçılarına açılış və qapanış mərasimlərində, film nümayişlərinin təşkilində, tamaşaçılara rəhbərlik etməkdə və bacarıq və biliklərinə uyğun hər hansı bir dəstək verə biləcək könüllü/fasilitatorlar axtarışına başlayıb. Belə ki, könüllülər festival günlərində, yəni 3-7 noyabr 2021 tarixlərində fəaliyyət göstərəcəklər.
Fasilitatorlar film okeanına dalmaq, bir neçə yerli və beynəlxalq istehsalçı mütəxəssislər ilə tanış olmaq və festivalın gedişatı ilə bağlı dəyərli bir təcrübə üçün əsl fürsət əldə edəcəklər. Kino həvəskarları və ya özünü yeni bir sahədə sınamaq istəyənlər müraciət edə bilərlər.
Xatırladaq ki, DokuBaku film festivalı 2016-ci ildə təsis olunub. 2017-ci ilin oktyabr ayında ilk festival keçirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi olaraq Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan DokuBaku Beynəlxalq Sənədli Film Festivalıyla əməkdaşlıq edir. Festival çərçivəsində filmlər AKİ-nin Kino Evində nümayiş olunur.
Geniş məlumat bu linkdə: https://docs.google.com/forms/d/1TSBqEW-aWA88x0T_Iuf3P_lfydJTwhJ16nXG6LTW29Y/prefill
Xəbər lenti
0