https://sputnik.az/20210906/zl-orta-mktb-v-liseylrd-yani-drslr-dayandrlb---Nazirlikdn-aqlama-427858558.html
Özəl orta məktəb və liseylərdə əyani dərslər dayandırılıb - Nazirlikdən açıqlama
Özəl orta məktəb və liseylərdə əyani dərslər dayandırılıb - Nazirlikdən açıqlama
Sputnik Azərbaycan
Təhsil Nazirliyi: Özəl və ya dövlət mülkiyyətində olmasından asılı olmayaraq orta təhsil müəssisələrində tədris eyni qaydada təşkil olunmalıdır. 06.09.2021, Sputnik Azərbaycan
2021-09-06T13:30+0400
2021-09-06T13:30+0400
2021-11-17T00:03+0400
xəbərlər
elm
cəmiyyət
məktəb
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106200_0:160:3073:1888_1920x0_80_0_0_daf49a4e193c43ee77ad9ce3cac90f8d.jpg
BAKI, 6 sentyabr — Sputnik. Bir neçə gündür sosial şəbəkələrdə özəl orta məktəblərdə, liseylərdə şagirdlərin məktəbə getdiklərini əks etdirən görüntülər paylaşılır. Koronavirus pandemiyası dövründə ölkəmizdə təhsil müəssisələrində tədrisin təşkili Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tənzimlənsə də, fotolardan görünür ki, əksər özəl orta məktəblər Operativ Qərarahın qərarının tələblərini pozaraq sentyabrın 1-dən dərslərə start veriblər.Sosial şəbəkələrdə fotoları paylaşılan liseylərdən biri də Avropa Azərbaycan məktəbidir. Amma məktəbdən Sputnik Azərbaycan-a bildiriblər ki, təhsil müəssisəsində dərslər aparılmır. Bakı Modern Liseyindən də faktı təkzib ediblər. Bildirilib ki, dərslər liseydə sentyabr ayından 15-dən başlanılır. Əgər məktəblərdə dərslərə əyani icazə verilməsə həmin tarixdən dərslər onlayn təşkil ediləcək.Əlaqə saxladığımız özəl orta təhsil müəssisələrində də bildiriblər ki, onlar da məsələ ilə bağlı veriləcək qərarı gözləyirlər.Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özəl və ya dövlət mülkiyyətində olmasından asılı olmayaraq orta təhsil müəssisələrində tədris eyni qaydada təşkil olunmalıdır:Nazirlik rəsmisi onu da bildirib ki, Azərbaycanda sentyabrın 1-dən beynəlxalq özəl orta təhsil müəssisələrində dərslər əyani şəkildə başlasa da, sonradan dayandırılıb. Özəl məktəblərdə dərslər sentyabrın 3-dək davam edib. Sentyabrın 3-də Təhsil Nazirliyi tərəfindən məktəblərdə ənənəvi tədrisin dayandırılması, dərslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına qədər onlayn keçirilə biləcəyi barədə təlimat göndərilib.Xatırladaq ki, pandemiya ilə əlaqədar məktəblərdə tədrisin hansı formada keçiriləcəyinə dair qərar hələ ki açıqlanmyıb.Qeyd edək ki, Türkiyədə bu gün yeni tədris ili başlayıb. Ölkədə yeni tədris ilində dərslər ənənəvi qaydada, üz-üzə keçiriləcək.Qeyd olunur ki, koronavirus pandemiyası ilə əlaqədar peyvənd olunmayan müəllim və digər əməkdaşlar həftədə iki dəfə test verəcək. Ölkədəki bütün məktəblərin tibbi maska və dezinfektantlarla təmin olunduğu bildirilir. Bundan başqa, qeyd olunur ki, sıxlığın aradan qaldırılması üçün tənəffüslər fərqli vaxtlarda təşkil olunacaq. Xatırladaq ki, bu günədək Türkiyədə 6,5 milyona yaxın şəxs koronavirusa yoluxub, 58 mindən çox şəxs vəfat edib.Həmçinin oxuyun:Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106200_170:0:2901:2048_1920x0_80_0_0_e4c0c3c0c1e586f7fc34f4de21b415ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, məktəb, azərbaycan
xəbərlər, məktəb, azərbaycan
Özəl orta məktəb və liseylərdə əyani dərslər dayandırılıb - Nazirlikdən açıqlama
13:30 06.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Təhsil Nazirliyi: Özəl və ya dövlət mülkiyyətində olmasından asılı olmayaraq orta təhsil müəssisələrində tədris eyni qaydada təşkil olunmalıdır.
BAKI, 6 sentyabr — Sputnik. Bir neçə gündür sosial şəbəkələrdə özəl orta məktəblərdə, liseylərdə şagirdlərin məktəbə getdiklərini əks etdirən görüntülər paylaşılır. Koronavirus pandemiyası dövründə ölkəmizdə təhsil müəssisələrində tədrisin təşkili Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tənzimlənsə də, fotolardan görünür ki, əksər özəl orta məktəblər Operativ Qərarahın qərarının tələblərini pozaraq sentyabrın 1-dən dərslərə start veriblər.
Sosial şəbəkələrdə fotoları paylaşılan liseylərdən biri də Avropa Azərbaycan məktəbidir. Amma məktəbdən
Sputnik Azərbaycan-a bildiriblər ki, təhsil müəssisəsində dərslər aparılmır. Bakı Modern Liseyindən də faktı təkzib ediblər. Bildirilib ki, dərslər liseydə sentyabr ayından 15-dən başlanılır. Əgər məktəblərdə dərslərə əyani icazə verilməsə həmin tarixdən dərslər onlayn təşkil ediləcək.
Əlaqə saxladığımız özəl orta təhsil müəssisələrində də bildiriblər ki, onlar da məsələ ilə bağlı veriləcək qərarı gözləyirlər.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri
Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özəl və ya dövlət mülkiyyətində olmasından asılı olmayaraq orta təhsil müəssisələrində tədris eyni qaydada təşkil olunmalıdır:
"Hansısa özəl liseydə müəllimlər şagirdləri ilə onlayn məşğələlər keçirirsə nazirliyin buna qarışmaq səlahiyyəti yoxdur. Amma Təhsil Nazirliyi tərəfindən müvafiq göstəriş verilib ki, özəl məktəblərin ənənəvi qaydada fəaliyyətə başlaması mümkün deyil. Bütün məktəblər üçün qaydalar eyni olmalıdır".
Nazirlik rəsmisi onu da bildirib ki, Azərbaycanda sentyabrın 1-dən beynəlxalq özəl orta təhsil müəssisələrində dərslər əyani şəkildə başlasa da, sonradan dayandırılıb. Özəl məktəblərdə dərslər sentyabrın 3-dək davam edib. Sentyabrın 3-də Təhsil Nazirliyi tərəfindən məktəblərdə ənənəvi tədrisin dayandırılması, dərslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına qədər onlayn keçirilə biləcəyi barədə təlimat göndərilib.
Xatırladaq ki, pandemiya ilə əlaqədar məktəblərdə tədrisin hansı formada keçiriləcəyinə dair qərar hələ ki açıqlanmyıb.
Qeyd edək ki, Türkiyədə bu gün yeni tədris ili başlayıb. Ölkədə yeni tədris ilində dərslər ənənəvi qaydada, üz-üzə keçiriləcək.
Qeyd olunur ki, koronavirus pandemiyası ilə əlaqədar peyvənd olunmayan müəllim və digər əməkdaşlar həftədə iki dəfə test verəcək. Ölkədəki bütün məktəblərin tibbi maska və dezinfektantlarla təmin olunduğu bildirilir. Bundan başqa, qeyd olunur ki, sıxlığın aradan qaldırılması üçün tənəffüslər fərqli vaxtlarda təşkil olunacaq. Xatırladaq ki, bu günədək Türkiyədə 6,5 milyona yaxın şəxs koronavirusa yoluxub, 58 mindən çox şəxs vəfat edib.