https://sputnik.az/20210906/hmd-Msud-fqanstan-xalqna-mracit-edck-427857136.html
Əhməd Məsud Əfqanıstan xalqına müraciət edəcək
Əhməd Məsud Əfqanıstan xalqına müraciət edəcək
Sputnik Azərbaycan
Əfqsanıstan Milli Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nəzəri "Twitter"-də Əhməd Məsudun təhlükəsizliyinin təmin olunduğunu bildirib. 06.09.2021, Sputnik Azərbaycan
2021-09-06T12:08+0400
2021-09-06T12:08+0400
2021-11-16T20:29+0400
xəbərlər
cəmiyyət
siyasət
əfqanıstan
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427857100_0:439:2831:2040_1920x0_80_0_0_b77d94b1a101644b063e6002cb75898e.jpg
BAKI, 6 sentyabr — Sputnik. Pəncşirdəki müqavimət cəbhəsinin lideri Əhməd Məsud təhlükəsiz vəziyyətdədir və tezlikə xalqa müarciət edəcək. Bunu Əfqsanıstan Milli Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nəzəri "Twitter"-də yazıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb.Qeyd edək ki, bu gün səhər saatlarına Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər.Xatırladaq ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.Sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətinin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427857100_0:268:2831:2047_1920x0_80_0_0_0dbec331955960915e394778ab7d9f53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, dünya
xəbərlər, əfqanıstan, dünya
Əhməd Məsud Əfqanıstan xalqına müraciət edəcək
12:08 06.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Əfqsanıstan Milli Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nəzəri "Twitter"-də Əhməd Məsudun təhlükəsizliyinin təmin olunduğunu bildirib.
BAKI, 6 sentyabr — Sputnik. Pəncşirdəki müqavimət cəbhəsinin lideri
Əhməd Məsud təhlükəsiz vəziyyətdədir və tezlikə xalqa müarciət edəcək. Bunu
Əfqsanıstan Milli Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nəzəri "Twitter"-də yazıb.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb.
"Rəhbərim və qardaşım Əhməd Məsud təhlükəsiz vəziyyətdədir, tezliklə xalqa müraciət edəcək", – deyə o yazıb.
Qeyd edək ki, bu gün səhər saatlarına Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər.
"Müqavimət cəbhəsinin gücləri bütün vadi boyunca ən strateji mövqelərdə qərar tutublar. Biz Əfqanıstan xalqını əmin edirik ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək", – deyə müqavimət hərəkatının "Twitter" hesabında bildirilib.
Xatırladaq ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.
Sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətinin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı