Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN rəsmisi 10 noyabr bəyanatından sonra Qarabağda görülən işlər barədə məlumat verib

© AR Ministry of Foreign Affairs Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası uğurla davam etdirilir. Mədəniyyət Nazirliyi azad olunmuş ərazilərdə 1 376 tarixi və mədəni abidənin inventarizasiyasını tamamlayıb.
 
BAKI, 6 sentyabr — Sputnik. Azad olunmuş Füzuli rayonu ərazisində ilk beynəlxalq hava limanı test uçuşlarına başlayıb. Zəngilan və Laçın rayonları ərazisində daha 2 beynəlxalq hava limanı inşa edilməkdədir. "Azərbaycan Hava Yolları" QSC ( AZAL) azad olunmuş bölgələrdə Qarabağdakı evlərinə qayıdan icmalar üçün karyera imkanları təmin edən vakansiyalar elan edən ilk təşkilatlardandır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva tviter səhifəsində paylaşım edib.
Məlumatda deyilir:
"Azad olunmuş ərazilərin 15 510 hektarlıq hissəsindən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib. 2 jurnalist və 1 dövlət nümayəndəsi də daxil olmaqla, 160 Azərbaycan vətəndaşı Ermənistanın münaqişə zamanı basdırdığı minalardan ölüb və ya yaralanıb".
Bundan əlavə idarə rəisinin məlumatında bildirilib ki, Ağdam şəhərinin baş planı hazırlanıb və Şuşa şəhərində xeyli mədəni tikililər və tarixi abidələr bərpa olunub.
"Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi həyata keçirilir. Layihənin başa çatdırılması 2022-ci ilin əvvəllərinə planlaşdırılır. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı üçtərəfli bəyanat çərçivəsində region ölkələrinin iqtisadi inteqrasiyasını artırmaq üçün bölgədə dəmir yolu infrastrukturu, yolların qurulması üçün strateji yol xəritəsi hazırlanıb", - məlumatda qeyd olunub.
O da bildirilib ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası uğurla davam etdirilir. Mədəniyyət Nazirliyi azad olunmuş ərazilərdə 1 376 tarixi və mədəni abidənin inventarizasiyasını tamamlayıb. Böyük Britaniyanın BP şirkəti ilə azad olunmuş ərazilərdə günəş enerjisi istehsalını planlaşdırılır.
Məlumatda həmçinin Ermənistanın beynəlxalq metallurgiya sənayesi şirkətləri ilə birlikdə Oxçuçayı çirkləndirməsinin Azərbaycanda və Xəzər hövzəsində yerləşən digər ölkələrdə insan sağlamlığı üçün təhlükəli vəziyyət yaratdığı vurğulanıb.
 
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала