CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On kiloqrama yaxın narkotik vasitə aşkarlandı

© AP Photo / Charles Rex ArbogastОбразцы марихуаны, фото из архива
Образцы марихуаны, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Abunə olmaq
Keçirilən tədbir nəticəsində çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxsin rayon sakini Sərvər Mirzəyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
BAKI, 6 sentyabr — Sputnik. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən tədbir nəticəsində çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxsin rayon sakini Sərvər Mirzəyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Ona məxsus həmin torpaq sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilən, ümumi çəkisi 10 kiloqrama yaxın olan çətənə (kannabis) bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınan 14928 cinayət hadisəsinin 4145-i və ya 27,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, onların 57,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 4,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2757 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 2719-u cinayət məsuliyyətinə cəlb olunub, 38-i isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.
Cinayət törədən şəxslərin 73,7 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,0 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib. Cinayət törədən şəxslərin 2,5 faizi qadınlardır. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,9 faizi 18-24 yaşlı, 18,0 faizi 25-29 yaşlı gənclər, 73,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
2021-ci ilin yanvar-iyun aylarında müsadirə edilən 2984,2 kiloqram narkotik maddələrin 1947,4 kiloqramını heroin, 618,9 kiloqramını marixuana, 245,5 kiloqramını tiryək, 57,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 114,9 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Həmçinin oxuyun:
Gözəllik salonuna hücum edən və "patı"nı "arıqlama dərmanı" kimi satan şəxs saxlanıldı
Xəbər lenti
0