https://sputnik.az/20210906/Mqavimt-hrkatnn-lideri-Pncird-soydalarna-mracit-edib-427859291.html
Müqavimət hərəkatının lideri Pəncşirdə soydaşlarına müraciət edib
Müqavimət hərəkatının lideri Pəncşirdə soydaşlarına müraciət edib
Sputnik Azərbaycan
Bu gün səhər saatlarına Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam... 06.09.2021, Sputnik Azərbaycan
2021-09-06T14:39+0400
2021-09-06T14:39+0400
2021-11-16T20:29+0400
xəbərlər
siyasət
taliban
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427857100_0:439:2831:2040_1920x0_80_0_0_b77d94b1a101644b063e6002cb75898e.jpg
BAKI, 6 sentyabr — Sputnik. Pəncşirdə soydaşlarına müraciət edən müqavimət hərəkatının lideri Əhməd Məsud əfqanları Taliban* hətrəkatına qarşı üsyana qalxmağa çağırıb.Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Pəncşirdəki müqavimət qüvvələrinin lideri audio-müraciətdə döyüşçülərin hələ də adı çəkilən əyalətdə qaldıqlarını və taliblərə qarşı mübarizə apardıqlarını bəyan edib.O həmçinin baş vermiş son hadisələrdən sonra Əfqanıstanın geri qalmış ölkəyə çevrilə və izolyasiyaya düşə biləcəyini qeyd edib.Qeyd edək ki, bu gün səhər saatlarına Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər."Müqavimət cəbhəsinin gücləri bütün vadi boyunca ən strateji mövqelərdə qərar tutublar. Biz Əfqanıstan xalqını əmin edirik ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək", – deyə müqavimət hərəkatının "Twitter" hesabında bildirilib.Xatırladaq ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.Sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətinin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427857100_0:268:2831:2047_1920x0_80_0_0_0dbec331955960915e394778ab7d9f53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, taliban, dünya
Müqavimət hərəkatının lideri Pəncşirdə soydaşlarına müraciət edib
14:39 06.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Bu gün səhər saatlarına Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər.
BAKI, 6 sentyabr — Sputnik. Pəncşirdə soydaşlarına müraciət edən müqavimət hərəkatının lideri Əhməd Məsud əfqanları Taliban* hətrəkatına qarşı üsyana qalxmağa çağırıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Pəncşirdəki müqavimət qüvvələrinin lideri audio-müraciətdə döyüşçülərin hələ də adı çəkilən əyalətdə qaldıqlarını və taliblərə qarşı mübarizə apardıqlarını bəyan edib.
O həmçinin baş vermiş son hadisələrdən sonra Əfqanıstanın geri qalmış ölkəyə çevrilə və izolyasiyaya düşə biləcəyini qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarına Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər.
"Müqavimət cəbhəsinin gücləri bütün vadi boyunca ən strateji mövqelərdə qərar tutublar. Biz Əfqanıstan xalqını əmin edirik ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək", – deyə müqavimət hərəkatının "Twitter" hesabında bildirilib.
Xatırladaq ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.
Sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətinin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı