https://sputnik.az/20210906/Mqavimt-hrkat-Pncirin-tslim-olmas-il-bal-xbri-tkzib-etdi-427856931.html
Müqavimət hərəkatı Pəncşirin təslim olması ilə bağlı xəbəri təkzib etdi
Müqavimət hərəkatı Pəncşirin təslim olması ilə bağlı xəbəri təkzib etdi
Sputnik Azərbaycan
Mücahidlər Əfqanıstan xalqını əmin ediblər ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək. 06.09.2021, Sputnik Azərbaycan
2021-09-06T11:32+0400
2021-09-06T11:32+0400
2021-10-06T15:53+0400
xəbərlər
taliban
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/08/18/427765760_0:0:3069:1727_1920x0_80_0_0_53610dcad31f1ca6c74e06af4fe06724.jpg
BAKI, 6 sentyabr — Sputnik. Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.Qeyd edək ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.Xatırladaq ki, sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/18/427765760_89:0:2820:2048_1920x0_80_0_0_fab014f612c659ab512bbc4413b98108.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, taliban
Müqavimət hərəkatı Pəncşirin təslim olması ilə bağlı xəbəri təkzib etdi
11:32 06.09.2021 (Yenilənib: 15:53 06.10.2021) Mücahidlər Əfqanıstan xalqını əmin ediblər ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək.
BAKI, 6 sentyabr — Sputnik. Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər. Bu barədə
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.
"Müqavimət cəbhəsinin gücləri bütün vadi boyunca ən strateji mövqelərdə qərar tutublar. Biz Əfqanıstan xalqını əmin edirik ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək", – deyə müqavimət hərəkatının "Twitter" hesabında bildirilib.
Qeyd edək ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.
Xatırladaq ki, sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı