Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Hərbi dənizçilərimiz Bakıya qayıdıblar

Abunə olmaq
"Dəniz kuboku" müsabiqəsinin üç mərhələsi üzrə yekun nəticələrinə əsasən İran komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan və Qazaxıstan komandaları isə üçüncü yerdə qərarlaşıb.
“Dəniz kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilərimiz Bakıya qayıdıblar. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıblar.
Bu gün hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.
“Dəniz kuboku”  müsabiqəsi “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilib. 
Yarışım açılış mərasimi avqustun 25-də olub.
Sentyabrın 4-dək davam edən müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” mərhələlərində mübarizə aparıblar.
Xəbər lenti
0