https://sputnik.az/20210906/Fuzuli-rayonunun-Mollaveli-kendinden-videogoruntuler-427857090.html
Füzuli rayonunun Mollavəli kəndindən videogörüntülər
Füzuli rayonunun Mollavəli kəndindən videogörüntülər
Sputnik Azərbaycan
Ötən il sentyabrın 27-də Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı nəticəsində oktyabrın 22-də Füzuli rayonunun Mollavəli kəndi erməni işğalından... 06.09.2021, Sputnik Azərbaycan
2021-09-06T11:43+0400
2021-09-06T11:43+0400
2021-09-06T11:41+0400
xəbərlər
video
multimedia
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427856599_0:0:1193:674_1920x0_80_0_0_d9c4bc3a77a1ff6612219b419f5aa9a2.jpg
Müdafiə Nazirliyi Füzuli rayonunun Mollavəli kəndindən görüntülər yayıb. Sputnik Azərbaycan xəbər verir ki, Mollavəli kəndi Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli inzibati ərazi vahidində kənddir.Orta əsrlərə aid mənbələrdə adı qeyd olunan yaşayış məntəqəsi 1863-cü ilə bağlı kameral siyahıya görə, Mоllavəli kəndi 4 ailədən (İsmayıl Xanməmməd оğlu, Xanməmməd Ağaməmməd оğlu, Əliməmməd Ağaməmməd оğlu, Allahverdi Məmmədxan оğlu) ibarət idi.1872-ci ilə aid tоrpaq sənədlərində Mоllavəli kəndindən Gülməmməd Ağaməmməd оğlu, Xudakərəm Allahverdi оğlu, Kazım Allahverdi оğlu, Məmmədvəli Gülbudaq оğlu, Şahkərəm Rüstəm оğlu, Mehrəli Məmmədrəhim оğlu, Məmi Mirzə оğlu və Əlikərim Allahverdi оğlunun adları çəkilir.1873-cü ilə bağlı kameral siyahıda kənddə 7 tüstünün (yəni yeddi evin) olduğu bildirilir.Mоllavəli kəndinin əhalisi 1886-cı il kameral siyahısında da göstərilir. Kənddə 11 evin olması qeyd olunur.Molləvəli kəndi 1993-cü ildə qanunsuz erməni silahlı birləşmələri tərəfindən işğal olunub.22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427856599_15:0:1087:674_1920x0_80_0_0_973aae11529d3d0cfcef33f549d71292.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia
Füzuli rayonunun Mollavəli kəndindən videogörüntülər
Ötən il sentyabrın 27-də Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı nəticəsində oktyabrın 22-də Füzuli rayonunun Mollavəli kəndi erməni işğalından azad olunub.
Müdafiə Nazirliyi Füzuli rayonunun Mollavəli kəndindən görüntülər yayıb. Sputnik Azərbaycan xəbər verir ki, Mollavəli kəndi Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli inzibati ərazi vahidində kənddir.
Orta əsrlərə aid mənbələrdə adı qeyd olunan yaşayış məntəqəsi 1863-cü ilə bağlı kameral siyahıya görə, Mоllavəli kəndi 4 ailədən (İsmayıl Xanməmməd оğlu, Xanməmməd Ağaməmməd оğlu, Əliməmməd Ağaməmməd оğlu, Allahverdi Məmmədxan оğlu) ibarət idi.
1872-ci ilə aid tоrpaq sənədlərində Mоllavəli kəndindən Gülməmməd Ağaməmməd оğlu, Xudakərəm Allahverdi оğlu, Kazım Allahverdi оğlu, Məmmədvəli Gülbudaq оğlu, Şahkərəm Rüstəm оğlu, Mehrəli Məmmədrəhim оğlu, Məmi Mirzə оğlu və Əlikərim Allahverdi оğlunun adları çəkilir.
1873-cü ilə bağlı kameral siyahıda kənddə 7 tüstünün (yəni yeddi evin) olduğu bildirilir.
Mоllavəli kəndinin əhalisi 1886-cı il kameral siyahısında da göstərilir. Kənddə 11 evin olması qeyd olunur.
Molləvəli kəndi 1993-cü ildə qanunsuz erməni silahlı birləşmələri tərəfindən işğal olunub.
22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.