https://sputnik.az/20210906/Ba-nazir-dvlt-varidat-elan-ediln-srlr-gr-qrar-qbul-etdi-427862121.html
Dövlət varidatı elan edilən əsərlərə dair qərar qəbul olunub
Dövlət varidatı elan edilən əsərlərə dair qərar qəbul olunub
Sputnik Azərbaycan
Hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyinin hesabına köçürüləcək və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi... 06.09.2021, Sputnik Azərbaycan
2021-09-06T23:22+0400
2021-09-06T23:22+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
əsər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42415/27/424152752_0:166:3053:1883_1920x0_80_0_0_0c3aaa5eb5a7c80a0e87d50ed347e061.jpg
BAKI, 6 sentyabr — Sputnik. Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə, müəllif qonorarının hesablanması və ödənilməsi qaydalarına dəyişiklik edilib.Sputnik Azərbaycan xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Dəyişikliyə əsasən, dövlət varidatı elan edilən əsərlərə görə müəllif qonorarı müəyyən edilmiş tarif dərəcələrinə uyğun qaydada tam miqdarda hesablanacaq.Hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyinin hesabına köçürüləcək və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunacaq.Bundan əvvəl hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyi tərəfindən yığılır və bütövlükdə dövlət büdcəsinə köçürülürdü.Eyni zamanda digər dəyişikliklə dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.Həmçinin oxuyun:Oğurluq: Əqli Mülkiyyət Agentliyi “Kor ərəbin mahnısı” ilə bağlı məlumat yayıb - VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42415/27/424152752_161:0:2892:2048_1920x0_80_0_0_98c9eee797f7d26fa16f414a0b02b0be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əsər, azərbaycan
xəbərlər, əsər, azərbaycan
Dövlət varidatı elan edilən əsərlərə dair qərar qəbul olunub
23:22 06.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyinin hesabına köçürüləcək və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunacaq.
BAKI, 6 sentyabr — Sputnik. Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə, müəllif qonorarının hesablanması və ödənilməsi qaydalarına dəyişiklik edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Baş nazir
Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, dövlət varidatı elan edilən əsərlərə görə müəllif qonorarı müəyyən edilmiş tarif dərəcələrinə uyğun qaydada tam miqdarda hesablanacaq.
Hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyinin hesabına köçürüləcək və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunacaq.
Bundan əvvəl hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyi tərəfindən yığılır və bütövlükdə dövlət büdcəsinə köçürülürdü.
Eyni zamanda digər dəyişikliklə dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.