Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan rəqsləri Mərkəzi Asiyanın ən məşhur portalında

© Photo : Youtube / Elvin ShixaliyevНациональные танцы Азербайджана
Национальные танцы Азербайджана  - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Abunə olmaq
Yazıda dünyanın bir çox səyyah və etnoqrafının Azərbaycan rəqslərinin gözəlliyi və əlvanlığı haqqında məlumat verməsi haqqında da faktlar qeyd olunub.
BAKI, 6 sentyabr — Sputnik. Özbəkistanın "uchildiz.uz" portalında Azərbaycanın qədim rəqsləri haqqında rus dilində "Azərbaycan milli rəqsi: tarix və mənbələr" sərlövhəli material çap edilib. Sputnik Azərbaycan xəbər verir ki, məqalədə Azərbaycan rəqslərinin tarixinin qədim dövrlərə gedib çıxdığı bildirilir. Rəqs sevincli və kədərli emosiyalarla yanaşı düşmənə nifrət hissini də nümayiş etdirir. Rəqslər vasitəsilə əcdadlarımız ovda və ya müharibədə uğur qazanmaq üçün Allahdan kömək istəyiblər, Allaha hörmət və sevgilərini rəqslər vasitəsilə bildiriblər.
Azərbaycanın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla rəqslərimizi xeyli inkişaf etdirə biliblər. Yazıda Azərbaycanın qadın və kişi rəqsləri haqqında da söhbət açılır.
Qeyd olunur ki, "Novruzu", "Səməni", "Ceyranı", "Xıdır İlyas", "İnnabı", "Lalə", "Bənövşə", "Kosa-kosa", "Qodu-qodu" rəqslərində emosiya da var, sevinc də, kədər də...
Bildirilir ki, "Yallı" rəqsi Azərbaycanda çox populyardır. Bu rəqsin müxtəlif növləri var. Təsadüfi deyil ki, "Yallı" rəqsi Qobustan qayalarında da öz əksini tapıb. Yazıda dünyanın bir çox səyyah və etnoqrafının Azərbaycan rəqslərinin gözəlliyi və əlvanlığı haqqında məlumat verməsi haqqında da faktlar qeyd olunub. Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.
 
Xəbər lenti
0