https://sputnik.az/20210905/Moskvali-ressam-yuksek-dag-golunun-dibinde-resm-cekir-427843093.html
Moskvalı rəssam yüksək dağ gölünün dibində rəsm çəkir
Moskvalı rəssam yüksək dağ gölünün dibində rəsm çəkir
Sputnik Azərbaycan
Sualtı rəssam və dalğıc Yelena Vorontsova avqustun 19-da "Qafqaz-2021" ekspedisiyası çərçivəsində Qaraçay-Çərkəz Respublikası ərazisindəki Kınqır-Çad... 05.09.2021, Sputnik Azərbaycan
2021-09-05T16:00+0400
2021-09-05T16:00+0400
2021-11-17T00:03+0400
multimedia
video
xəbərlər
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843019_5:-1:1915:1080_1920x0_80_0_0_7d5995d3a81e2d21f835812fdef7f95b.jpg
Vorontsova dalğıc geyimində suya dalaraq xüsusi şəkildə astarlanmış kətanı 6 metr dərinlikdə gölün dibinə yerləşdirib və rəsm çəkməyə başlayıb. Rəssam həmin şəkli çəkmək üçün yağlı boyadan və xüsusi alətlərdən istifadə edib. O, kətan üzərində elə həmin gölün dibini təsvir edib: mavi sular və qayalar. Rəssam əsərini bir saatdan bir az çox vaxtda ərsəyə gətirib. "Mən orada (gölün dibində-red.) sualtı qayaları, mənzərəni təsvir etdim, naturadan, necə varsa, o cür", - deyə rəssam bildirib.Yelenanın sözlərinə görə, ona qədər heç kim belə bir eksperiment etmək fikrinə düşməyib. Vorontsova rəsmi çəkəndən sonra dünya rekordunun müəyyən olunması üçün müraciət edib. Yelena Vorontsova sualtı rəssamlıqla 2015-ci ildən məşğul olur. O, artıq suya dalmaqla 40-dan çox rəsm əsəri yaradıb ki, onların arasında Baykal gölünün dibində çəkilmiş mənzərələr də var. 2017-ci ildə rəssam daha bir rekorda imza atıb: Ordinsk mağarasının 12,5 metr dərinliyində, 5 dərəcə müsbət temperaturda rəsm əsəri yaradıb.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843019_101:-1:1819:1080_1920x0_80_0_0_d33eb5feee931de4ea06413730a0fa2c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, dünya, azərbaycan
multimedia, xəbərlər, dünya, azərbaycan
Moskvalı rəssam yüksək dağ gölünün dibində rəsm çəkir
16:00 05.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Sualtı rəssam və dalğıc Yelena Vorontsova avqustun 19-da "Qafqaz-2021" ekspedisiyası çərçivəsində Qaraçay-Çərkəz Respublikası ərazisindəki Kınqır-Çad yüksək dağ gölünün dibində rəsm əsəri çəkib.
Vorontsova dalğıc geyimində suya dalaraq xüsusi şəkildə astarlanmış kətanı 6 metr dərinlikdə gölün dibinə yerləşdirib və rəsm çəkməyə başlayıb. Rəssam həmin şəkli çəkmək üçün yağlı boyadan və xüsusi alətlərdən istifadə edib. O, kətan üzərində elə həmin gölün dibini təsvir edib: mavi sular və qayalar. Rəssam əsərini bir saatdan bir az çox vaxtda ərsəyə gətirib. "Mən orada (gölün dibində-red.) sualtı qayaları, mənzərəni təsvir etdim, naturadan, necə varsa, o cür", - deyə rəssam bildirib.
Yelenanın sözlərinə görə, ona qədər heç kim belə bir eksperiment etmək fikrinə düşməyib. Vorontsova rəsmi çəkəndən sonra dünya rekordunun müəyyən olunması üçün müraciət edib. Yelena Vorontsova sualtı rəssamlıqla 2015-ci ildən məşğul olur. O, artıq suya dalmaqla 40-dan çox rəsm əsəri yaradıb ki, onların arasında Baykal gölünün dibində çəkilmiş mənzərələr də var. 2017-ci ildə rəssam daha bir rekorda imza atıb: Ordinsk mağarasının 12,5 metr dərinliyində, 5 dərəcə müsbət temperaturda rəsm əsəri yaradıb.