Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquq müdafiəçisi: Həyat yoldaşını döyəni barışdırmaq yox, qolunu qandallanmaq lazımdır

© Depositphotos / InnovatedcapturesМужчина в капюшоне прячется в тени улицы
Мужчина в капюшоне прячется в тени улицы - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Çingiz Qənizadə hesab edir ki, həyat yoldaşını mütəmadi döyən şəxs, günlərin birində onu öldürəcək. Ona görə də, tərəfləri barışdırmağa ehtiyac yoxdur.
BAKI, 5 sentyabr - Sputnik. Bu ilin yanvar-iyun ayları ərzində qeydə alınmış cinayət hadisələrinin 803-ü və ya 5,4 faizi məişət zorakılığı ilə bağlı olub ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 24,3 faiz çoxdur.
 Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, məişət zorakılığı ilə bağlı cinayətlərin 14,7 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 4,7 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,2 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 5,4 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,2 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,6 faizi əzab vermə, 1,6 faizi isə digər cinayətlərə aiddir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 23,8 faiz artaraq 821 nəfər olub ki, onların da 77,8 faizini qadınlar, 0,5 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edir.
Maraqlıdır, rəqəmlərin bu qədər bartmasının səbəbi nədir?
Hüquq müdafiəçisi Çingiz Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu məsələdə obyektiv, subyektiv səbəbləri axtarmaq lazımdır:
"Son 1 ildə heç kəs inkar edə bilməz ki insanların psixokoji durumlarında çox böyük problemlər yaranıb. Bu problem sizdə, məndə, bir sözlə hər birimizdə var. Pandemiya ilə bağlı baş verən hadisələrin insanların psixoloji durumunda çox böyük gərginlik yaratdı.  Adətən zəif insanlar bunu emosional şəkildə qabardır ki, belə olan halda zorakılıqla müşahidə olunan əməllərə daha çox təsadüf edilir. Elə hesab edirəm ki, son 1 ildə zorakılıqlarla bağlı artan cinayətlərin səbəblərindən biri də pandemiyanın yaratdığı psixoloji durum və gərginlikdir".
Hüquq müdafiəçisi bildirir ki, bu problemin yaranmasının digər səbəbi də cəzasızlıq mühitidir. Onun sözlərinə görə, bu yaxınlarda əri tərəfindən öldürülən qadın vaxtı ikən dəfələrlə aidiyyəti üzrə müraciət etməsinə baxmayaraq təkrarən zorakılıq qurbanı olaraq öldürülüb:
"Bəzən müəyyən qurumlar bu problemləri böyütməmək, ailə-məişət zəminində baş verən hadisə kimi dəyərləndirib daha dərinə getmirlər və nəticədə də belə hadisələr olur. Düşünürəm ki, kimliyindən asılı olmayaraq, zorakılıq edən şəxslər dərhal cəzalandırılmalıdır".
Ç.Qənizadə bildirir ki, cəzasızlıq bəzən təkrar cinayətlərin törədilməsinə gətirib çıxardır:
"Cəzasızlıq dedikdə cəzanın yüngül formasının tətbiqi və ondan bu və ya digər formada yayınmağı nəzərdə tuturam. Hüquq müdafiəçisi olaraq qeyd edim ki, bu cür halların qarşısını almaq üçün təkcə hüquqi mexanizmlərə deyil, maariflənməyə, nəzarət mexanizminin daha da gücləndirilməsinə ehtiyac var. Bir qadın ailədə zorakılığa məruz qaldığını bildirirsə, bu zaman yalnız hüquq-mühafizə orqanları deyil, digər aidiyyəti qurumlar da öz işlərini görməlidirlər. Qurumlar da bu cür məsələləri ictimailəşdirməli, həmin şəxslə görüşlər keçirməli, digər tərəfə qanun izah olunmalıdır".
Hüquq müdafiəçisinin fikrincə, bəlkə də qanunlarımıza da yenidən, kompleks şəkildə baxmağa ehtiyac var:
"İctimai təşkilatlar, hüquq-mühafizə orqanları daha aktiv mövqe nümayiş etdirməlidirlər. Zorakılıq artırsa, cəzasızlıq azalırsa, deməli, qanun zəifdir. Cəzalar daha da sərtləşdirilməlidir. Küçədə birinə sillə vuranda həbs edirlər, yaxud da millət vəkili polisi döyəndə qoluna qandal vurulursa, niyə evdə həyat yoldaşını mütəmadi döyən şəxsin qoluna qandal vurulmasın? Niyə onların barışmasına çalışaq, sonra da tərəflərdən birinin öldürülməsinin şahidi olaq. Bu məsələdə çoxsaylı yanaşmalar olmalıdır".
Həmsöhbətimizin sözlərinə görə, müasir dövrdə yaşayırıq, "ər evinə getdinsə, oradan meyitin çıxmalıdı" - deyə valideynlərin şüarları aktuallığını itirib. Həmsöhbətimz belə hesab edir ki, qadın əri və digərləri tərəfindən təhqir və zorakılığa məruz qalırsa, o dərhal evi tərk etməlidir:
"Qadın gələcək təhlükəsizlik naminə o evi tərk etməlidir. Boşanmanın tərəfdarı deyiləm. Müraciət edən tərəflərin birinin güzəştə getməsını arzu edib barışdırıcı mövqedən çıxış etmişəm. Çalışıram ki, ailələr dağılmasın. Lakin tərəflərdən birinin əyyaş, narkoman, içkiyə, zorakılığa meyilli olduğunu gördükdə, burada barışmaqdan söhbət belə gedə bilməz".
Qeyd edək ki, hesabat dövründə bu cür cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 1,5 dəfə, Mil-Muğan iqtisadi rayonu üzrə 20,0 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 16,2 faiz, Abşeron-Xızı iqtisadi rayonu üzrə 1,2 faiz azalma, Lənkəran-Astara iqtisadi rayonu üzrə 2,3 dəfə, Qarabağ iqtisadi rayonu üzrə 1,8 dəfə, Qazax-Tovuz iqtisadi rayonu üzrə 1,6 dəfə, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1,5 dəfə, Mərkəzi Aran iqtisadi rayonu üzrə 42,2 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 20,4 faiz, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 18,8 faiz, Bakı şəhəri üzrə isə 17,8 faiz artım müşahidə olunub.
Xatırladaq ki, bir müddət öncə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında məişət zorakılığı ilə bağlı ümumi vəziyəti şərh etmişdi. O bildirmişdi ki, pandemiya ilində ailə sistemi, ailə siyasəti ən çox zərər alanlar sırasındadır: "Pandemiya ilində bütün dünyada məişət zorakılığı və intiharlar artdı. Təkcə 1 il ərzində, yəni COVID-19-un hökm sürdüyü ildə məişət zorakılığı 35 faiz, Sinqapurda 31 faiz artıb. Rusiya federasiyasıda isə bu rəqəm 27 faiz artıb. Pandemiya ili Azərbaycana da təsirsiz ötüşməyib".
"Zorakılıq faktlarında təxminən 5 faizədək artım olub. Daha çox dərinləşmiş faktlar ondan ibarətdir ki, zorakılıq faktları qəddarlıqla ölüm halı ilə bitməsiylə nəticələnir. Məsələn, ötən il 40 qadın məişət zəminində zorakılığın qurbanı olaraq öldürülüb", - deyə E.Səfərov əlavə edib.
Həmçinin oxuyun:
* Qadın qətllərinin ilginc səbəbləri: Qız uşağı doğulmamış ona qarşı ayrı-seçkilik başlayır
* Baş Prokurorluq əhaliyə müraciət etdi
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала