https://sputnik.az/20210904/ki-yz-yaamaq-arzusunda-olan-xsdn-ox-yaaman-sirlri-427792375.html
İki yüz yaşamaq arzusunda olan şəxsdən çox yaşamağın sirləri
İki yüz yaşamaq arzusunda olan şəxsdən çox yaşamağın sirləri
Sputnik Azərbaycan
"Tədqiqatlar göstərir ki, məşqlərə gündə 15-25 dəqiqə sərf olunması artıq çəki olmadıqda ömrü yeddi il, şişman insanlarda isə üç il uzadır. Yalnız idman deyil... 04.09.2021, Sputnik Azərbaycan
2021-09-04T23:09+0400
2021-09-04T23:09+0400
2021-11-16T20:29+0400
xəbərlər
cəmiyyət
dünya
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815815_0:0:3005:1691_1920x0_80_0_0_6a507a3d0390aabf8bbc15522dc5fc66.jpg
BAKI, 27 avqust — Sputnik. İki yüz il yaşamağı qarşısına məqsəd qoymuş iri sərmayəçi Sergey Yanq uzunömürlülüyün sirlərini paylaşıb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Sergey Yanq uzun müddətdir ki, ömrün necə uzadılması ilə maraqlanır.Bundan əlavə o, daha çox yaşamağa kömək edən texnologiyalar üzrə ixtisaslaşmış "Longevity Vision" fondunun banisidir. Yaşlanma ilə mübarizə aparmaq üçün "Age Reversal XPRIZE"nin təşkil etdiyi ixtiralar müsabiqəsində iştirak edən Yanq hədəfinə çatmaq üçün həkimlərin, diyetoloqların və dünyaca məşhur alimlərin tövsiyələrini yerinə yetirib.Yanq daha çox yaşamaq üçün mütəmadi olaraq tibb müayinələrdən keçməyin lazım olduğunu söyləyir. O, özü həkimlərə ildə ən azı bir dəfə müraciət edir. Bu, xəstəlikləri erkən mərhələdə, müalicəsi daha asan olduğu və sağlamlığa ciddi ziyan vurulmadığı zaman diaqnoz qoymağa imkan verir.Onun qənaətinə görə, uzun ömür sürmək üçün həmçinin düzgün qidalanma son dərəcə vacibdir. Yanq daha çox bitki mənşəli yeməklərlə qidalanmağı, yarımfabrikatlardan uzaq durmağı və su içməyi unutmamağı məsləhət görür.Onun fikrincə, bədənin sağlam yağlara ehtiyacı var. Xüsusilə, aşağı sıxlıqlı lipoproteinləri olan məhsullar ürək-damar sistemi üçün çox faydalıdır.Yanq daha çox hərəkət etməyi də məsləhət görür:Mütəxəssislər vaxtilə Yanqa siqaret çəkməyi tərgitməyi, spirtli içkilərdən çəkinməyi və şəkər qəbulunu azaltmağı məsləhət görüblər. Onun sözlərinə görə, yuxusuzluq ömrünün azalmasına səbəb olduğu üçün gündə ən az yeddi saat yatmağa çalışır.Bu yaxınlarda Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri sübut ediblər ki, qoz-fındığın mütəmadi olaraq az miqdarda yeyilməsi xərçəng və ürək xəstəliklərinin yaranma ehtimalını azaldır.Həmçinin oxuyun:Keçmiş modeldən az müddətdə, pəhriz və idmansız arıqlamağın sirri
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815815_276:0:3005:2047_1920x0_80_0_0_cdd83319854148d600bb19ec9e5a06fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
İki yüz yaşamaq arzusunda olan şəxsdən çox yaşamağın sirləri
23:09 04.09.2021 (Yenilənib: 20:29 16.11.2021) "Tədqiqatlar göstərir ki, məşqlərə gündə 15-25 dəqiqə sərf olunması artıq çəki olmadıqda ömrü yeddi il, şişman insanlarda isə üç il uzadır. Yalnız idman deyil, hətta sadə gəzinti belə faydalıdır".
BAKI, 27 avqust — Sputnik. İki yüz il yaşamağı qarşısına məqsəd qoymuş iri sərmayəçi Sergey Yanq uzunömürlülüyün sirlərini paylaşıb.
Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Sergey Yanq uzun müddətdir ki, ömrün necə uzadılması ilə maraqlanır.
Bundan əlavə o, daha çox yaşamağa kömək edən texnologiyalar üzrə ixtisaslaşmış "Longevity Vision" fondunun banisidir. Yaşlanma ilə mübarizə aparmaq üçün "Age Reversal XPRIZE"nin təşkil etdiyi ixtiralar müsabiqəsində iştirak edən Yanq hədəfinə çatmaq üçün həkimlərin, diyetoloqların və dünyaca məşhur alimlərin tövsiyələrini yerinə yetirib.
Yanq daha çox yaşamaq üçün mütəmadi olaraq tibb müayinələrdən keçməyin lazım olduğunu söyləyir. O, özü həkimlərə ildə ən azı bir dəfə müraciət edir. Bu, xəstəlikləri erkən mərhələdə, müalicəsi daha asan olduğu və sağlamlığa ciddi ziyan vurulmadığı zaman diaqnoz qoymağa imkan verir.
Onun qənaətinə görə, uzun ömür sürmək üçün həmçinin düzgün qidalanma son dərəcə vacibdir. Yanq daha çox bitki mənşəli yeməklərlə qidalanmağı, yarımfabrikatlardan uzaq durmağı və su içməyi unutmamağı məsləhət görür.
Onun fikrincə, bədənin sağlam yağlara ehtiyacı var. Xüsusilə, aşağı sıxlıqlı lipoproteinləri olan məhsullar ürək-damar sistemi üçün çox faydalıdır.
Yanq daha çox hərəkət etməyi də məsləhət görür:
"Tədqiqatlar göstərir ki, məşqlərə gündə 15-25 dəqiqə sərf olunması artıq çəki olmadıqda ömrü yeddi il, şişman insanlarda isə üç il uzadır. Yalnız idman deyil, hətta sadə gəzinti belə faydalıdır".
Mütəxəssislər vaxtilə Yanqa siqaret çəkməyi tərgitməyi, spirtli içkilərdən çəkinməyi və şəkər qəbulunu azaltmağı məsləhət görüblər. Onun sözlərinə görə, yuxusuzluq ömrünün azalmasına səbəb olduğu üçün gündə ən az yeddi saat yatmağa çalışır.
Bu yaxınlarda Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri sübut ediblər ki, qoz-fındığın mütəmadi olaraq az miqdarda yeyilməsi xərçəng və ürək xəstəliklərinin yaranma ehtimalını azaldır.