https://sputnik.az/20210904/Vaksinin-ks-tsiri-il-qarlaanlarn-faizi-d-az-deyil---SORU-427811858.html
Vaksinin əks təsiri ilə qarşılaşanların faizi də az deyil - SORĞU
Vaksinin əks təsiri ilə qarşılaşanların faizi də az deyil - SORĞU
Sputnik Azərbaycan
Azərbaycanda vaksinasiya ilə bağlı durum öyrənilib. Bir neçə cavab variantı seçmək imkanına malik olan respondentlərin 24,6%-i koronavirusa yoluxduğunu... 04.09.2021, Sputnik Azərbaycan
2021-09-04T13:41+0400
2021-09-04T13:41+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
vaksin
vaksinasiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/13/425994760_0:304:3085:2048_1920x0_80_0_0_a8014bf433d66b390af75dd78315cab8.jpg
BAKI, 04 sentyabr — Sputnik. Ölkə üzrə əhalinin vaksinasiyası ilə bağlı açıqlanan son məlumata görə, hazırda əhalinin cəmi 34 faizi vaksinasiya olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, Media Təhlil Mərkəzi vətəndaşların vaksinasiya ilə bağlı fikirlərini öyrənmək məqsədilə təşkil etdiyi sorğunun nəticəsi olaraq bu qənaətə gəlib.Belə ki, sorğuda iştirak edən 501 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 24,6%-i koronavirusa yoluxduğunu bildirib. Cavab verənlərin 10,2%-i ailə üzvlərinin yoluxduğunu, 61,1%-i qohum, dost və qonşuları arasında koronavirusa yoluxma faktının qeydə alındığını söyləsə də, 19,2%-i tanıdığı insanların virusa yoluxmadığını qeyd edib.Sorğu iştirakçılarına vaksinasiya ilə bağlı verilən sual əsasında məlum olub ki, respondentlərin 33,7%-nin ailə üzvləri peyvənd olunub. Dost və tanışlarının vaksinasiya prosesinə cəlb edildiyini deyənlər cavab verənlərin 15,8%-ni, özünün peyvənd olunduğunu söyləylənlər respondentlərin 46,7%-ni təşkil edib. Fikrini bildirənlərin 3,8%-i isə ətrafındakı heç kəsin peyvənd olunmadığını deyib.Növbəti sual vasitəsilə iştirakçıların koronavirusa qarşı edilən vaksinasiyanın əks təsirləri barədə fikirlərini müəyyənləşdirmək mümkün olub. Cavab verənlərin 38,5%-i əks təsirlərlə qarşılaşdığını, 56,7%-i belə bir halla rastlaşmadığını, 4,8%-i isə nə özünün, nə də tanıdığı insanların vaksinasiya olunmadığını bildirib.COVID-19 əleyhinə hansı vaksini vurdurmusunuz?" sualına verilən cavablar isə belə olub:"SinoVac" vaksini vurdurmuşam – 60,5%;"Pfizer" vaksini vurdurmuşam – 6,2%;"Sputnik V" vaksini vurdurmuşam – 3%;"Vaxzevria" (AstraZeneca) vaksini vurdurmuşam – 1,4%;Vaksin vurdurmamışam – 28,9%. Həmçinin oxuyun:Qapısı açılmayan kafe-restoranlarda son vəziyyət - SORĞU
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/13/425994760_0:108:3085:2048_1920x0_80_0_0_1017f9d8a158e4377f89b50ed37a4d4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, vaksin, vaksinasiya, azərbaycan
xəbərlər, vaksin, vaksinasiya, azərbaycan
Vaksinin əks təsiri ilə qarşılaşanların faizi də az deyil - SORĞU
13:41 04.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Azərbaycanda vaksinasiya ilə bağlı durum öyrənilib. Bir neçə cavab variantı seçmək imkanına malik olan respondentlərin 24,6%-i koronavirusa yoluxduğunu bildirib.
BAKI, 04 sentyabr — Sputnik. Ölkə üzrə əhalinin vaksinasiyası ilə bağlı açıqlanan son məlumata görə, hazırda əhalinin cəmi
34 faizi vaksinasiya olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə,
Media Təhlil Mərkəzi vətəndaşların vaksinasiya ilə bağlı fikirlərini öyrənmək məqsədilə təşkil etdiyi sorğunun nəticəsi olaraq bu qənaətə gəlib.
Belə ki, sorğuda iştirak edən 501 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 24,6%-i koronavirusa yoluxduğunu bildirib. Cavab verənlərin 10,2%-i ailə üzvlərinin yoluxduğunu, 61,1%-i qohum, dost və qonşuları arasında koronavirusa yoluxma faktının qeydə alındığını söyləsə də, 19,2%-i tanıdığı insanların virusa yoluxmadığını qeyd edib.
Sorğu iştirakçılarına vaksinasiya ilə bağlı verilən sual əsasında məlum olub ki, respondentlərin 33,7%-nin ailə üzvləri peyvənd olunub. Dost və tanışlarının vaksinasiya prosesinə cəlb edildiyini deyənlər cavab verənlərin 15,8%-ni, özünün peyvənd olunduğunu söyləylənlər respondentlərin 46,7%-ni təşkil edib. Fikrini bildirənlərin 3,8%-i isə ətrafındakı heç kəsin peyvənd olunmadığını deyib.
Növbəti sual vasitəsilə iştirakçıların koronavirusa qarşı edilən vaksinasiyanın əks təsirləri barədə fikirlərini müəyyənləşdirmək mümkün olub. Cavab verənlərin 38,5%-i əks təsirlərlə qarşılaşdığını, 56,7%-i belə bir halla rastlaşmadığını, 4,8%-i isə nə özünün, nə də tanıdığı insanların vaksinasiya olunmadığını bildirib.
COVID-19 əleyhinə hansı vaksini vurdurmusunuz?" sualına verilən cavablar isə belə olub:
"SinoVac" vaksini vurdurmuşam – 60,5%;
"Pfizer" vaksini vurdurmuşam – 6,2%;
"Sputnik V" vaksini vurdurmuşam – 3%;
"Vaxzevria" (AstraZeneca) vaksini vurdurmuşam – 1,4%;
Vaksin vurdurmamışam – 28,9%.