Taliblər Pəncşirin strateji cəhətdən daha iki mühüm rayonunu ələ keçirdilər

© AFP 2021 / AHMAD SAHEL ARMANСилы сопротивления талибам (террористическая организация, запрещена в РФ) в провинции Панджшер
Силы сопротивления талибам (террористическая организация, запрещена в РФ) в провинции Панджшер - Sputnik Azərbaycan, 1920, 04.09.2021
"Əl-Cəzirə" kanalı Talibanın üsyançıların lideri Əhməd Məsudla danışıqlarının uğursuzluqla nəticələndiyi və silahlıların Pəncşir əyalətindəki müqavimət güclərinə hücuma keçəcəyi barədə məlumat vermişdi.
BAKI, 4 sentyabr — Sputnik. Əfqanıstanının Talibanın* nəzarəti altında olmayan yeganə əyaləti Pəncşirin strateji cəhətdən iki mühüm rayonu artıq taliblərin əlinə keçib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Talibanın nümayəndəsi Bilal Kərimi öz Twitter hesabında məlumat paylaşıb.
"Son məlumatda bildirilir ki, Pəncşirin ən strateji rayonu olan Hinc və əyalət mərkəzinin yaxınlığındakı Ənnaba tamamilə ələ keçirilib", - deyə o yazıb.
Onun sözlərinə görə, beləliklə, dörd rayon – Şutal, Ənnəba, Paryan və Hinc taliblərin nəzarəti altına keçib. O Talibanın Pəncşir əyalətinin mərkəzinə doğru irəlilədiyini də əlavə edib.
Qeyd edək ki, sentyabrın 2-də "Əl-Cəzirə" kanalı Talibanın üsyançıların lideri Əhməd Məsudla danışıqlarının uğursuzluqla nəticələndiyi və silahlıların Pəncşir əyalətindəki müqavimət güclərinə hücuma keçəcəyi barədə məlumat vermişdi.
Sentyabrın 1-də isə Taliban Pəncşirdəki altı əsas postu ələ keçirdiklərini bəyan edib. Ancaq müqavimət hərəkatı bu informasiyanı təkzib edib.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала