Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Fərqlənmə nişanı" ilə yükdaşıma xidməti göstrən sürücünün vergi öhdəliyi nədir?

© AFP 2024 / Daniel MihailescuВодитель грузовика в очереди
Водитель грузовика в очереди - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.
BAKI, 4 sentyabr — Sputnik. "Fərqlənmə nişanı" alaraq yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücünün hansı vergi öhdəlikləri var və bəyannamə təqdim etməlidirmi?
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycan ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar.
"Fərqlənmə nişanı" almaq üçün vergiödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.
Beynəlxalq yükdaşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və "Gəlir vergisinin bəyannaməsi" sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.
Həmçinin oxuyun:
Tələbat, yoxsa dəbdəbə: avtomobil kreditləri köhnə maşın sürməyə məcbur edir
Xəbər lenti
0