https://sputnik.az/20210904/AzerGold-v-slam-Korporasiyas-arasnda-memorandum-imzalanb-427850442.html
“AzerGold” və İslam Korporasiyası arasında memorandum imzalanıb
“AzerGold” və İslam Korporasiyası arasında memorandum imzalanıb
Sputnik Azərbaycan
Məqsəd qarşılıqlı əməkdaşlığın qurulmasıdır. Ölkəmiz 1992-ci ildə İslam İnkişaf Bankına, 2002-ci ildə isə İslam Korporasiyasına üzv qəbul edilib. 04.09.2021, Sputnik Azərbaycan
2021-09-04T18:14+0400
2021-09-04T18:14+0400
2021-11-17T00:03+0400
xəbərlər
iqtisadiyyat
cəmiyyət
qızıl
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 4 sentyabr — Sputnik. Daşkənd şəhərində İslam İnkişaf Bankı (İİB) Direktorlar Şurasının 46-cı illik toplantısı çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə "AzerGold" QSC arasında anlaşma memorandumu imzalanıb.QSC-dən Sputnik Azərbaycan-a bildirilib ki, memorandumu ICD-nin Baş icraçı direktoru Ayman Amin Sejini və "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev imzalayıblar.Anlaşma memorandumunun imzalanmasında əsas məqsəd qarşılıqlı əməkdaşlığın qurulması, səhmləri 100 faiz dövlətə məxsus olan "AzerGold" QSC-nin layihələrin maliyyələşdirilməsi istiqamətində böyüməkdə olan tələbatını qarşılamaq üçün sukuk (istiqrazların islami ekvivalenti) buraxılması imkanlarını araşdırmaqdan ibarətdir. Bununla yanaşı, sözügedən sənəd çərçivəsində tərəflər Azərbaycanda infrastruktur layihələrinin icrası ilə bağlı mövcud əməkdaşlıq imkanlarını, həmçinin "AzerGold" QSC-nin fəaliyyəti ilə bağlı digər potensial əməkdaşlıq sahələrini müəyyən edəcəklər.Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının üzv ölkələrin inkişafına dəstək verməklə bağlı hədəfinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edən Ayman Amin Sejini "AzerGold" QSC ilə imzalanan memorandumun beynəlxalq təşkilatın Azərbaycan şirkətlərinin müxtəlif təyinatlı maliyyə mənbələrinə çıxış əldə edə bilməsinə dəstək göstərməklə bağlı yüksək səviyyəli planının bir nümunəsi olduğuna diqqət çəkib.Xəyyam Fərzəliyev imzalanan sənədin potensial əməkdaşlığın təmin edilməsi üçün vacib addım olduğunu bildirib. Səhmdar Cəmiyyətin dağ-mədən layihələrinin icrası üçün ölkə daxilində fərqli maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində uğurlu təcrübəsinin olduğunu, eyni zamanda, "AzerGold"un bu sahədə beynəlxalq əməkdaşlığa önəm verdiyini vurğulayıb. Sədr müavini aparılacaq müzakirələrin digər potensial fəaliyyət sahələrinin müəyyən edilməsi üçün faydalı olacağına əminliyini ifadə edib.Məlumat üçün bildirək ki, çoxtərəfli maliyyə institutu olan İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupunun üzvüdür. ICD 1999-cu ilin noyabr ayında üzv ölkələrin özəl sektor layihələrinə maliyyə vəsaiti təmin etmək, rəqabət və sahibkarlığı inkişaf etdirmək, hökumətlərə və özəl şirkətlərə məsləhət xidmətləri göstərməklə beynəlxalq investisiyaları stimullaşdırmaq və onların iqtisadi inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Xatırladaq ki, ölkəmiz 1992-ci ildə İslam İnkişaf Bankına, 2002-ci ildə isə İslam Korporasiyasına üzv qəbul edilib.Həmçinin oxuyun:AzerGold-un xalis mənfəəti artıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, qızıl, azərbaycan
xəbərlər, qızıl, azərbaycan
“AzerGold” və İslam Korporasiyası arasında memorandum imzalanıb
18:14 04.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Məqsəd qarşılıqlı əməkdaşlığın qurulmasıdır. Ölkəmiz 1992-ci ildə İslam İnkişaf Bankına, 2002-ci ildə isə İslam Korporasiyasına üzv qəbul edilib.
BAKI, 4 sentyabr — Sputnik. Daşkənd şəhərində İslam İnkişaf Bankı (İİB) Direktorlar Şurasının 46-cı illik toplantısı çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə "AzerGold" QSC arasında anlaşma memorandumu imzalanıb.
QSC-dən
Sputnik Azərbaycan-a bildirilib ki, memorandumu ICD-nin Baş icraçı direktoru Ayman Amin Sejini və "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev imzalayıblar.
Anlaşma memorandumunun imzalanmasında əsas məqsəd qarşılıqlı əməkdaşlığın qurulması, səhmləri 100 faiz dövlətə məxsus olan "AzerGold" QSC-nin layihələrin maliyyələşdirilməsi istiqamətində böyüməkdə olan tələbatını qarşılamaq üçün sukuk (istiqrazların islami ekvivalenti) buraxılması imkanlarını araşdırmaqdan ibarətdir. Bununla yanaşı, sözügedən sənəd çərçivəsində tərəflər Azərbaycanda infrastruktur layihələrinin icrası ilə bağlı mövcud əməkdaşlıq imkanlarını, həmçinin "AzerGold" QSC-nin fəaliyyəti ilə bağlı digər potensial əməkdaşlıq sahələrini müəyyən edəcəklər.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının üzv ölkələrin inkişafına dəstək verməklə bağlı hədəfinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edən Ayman Amin Sejini "AzerGold" QSC ilə imzalanan memorandumun beynəlxalq təşkilatın Azərbaycan şirkətlərinin müxtəlif təyinatlı maliyyə mənbələrinə çıxış əldə edə bilməsinə dəstək göstərməklə bağlı yüksək səviyyəli planının bir nümunəsi olduğuna diqqət çəkib.
Xəyyam Fərzəliyev imzalanan sənədin potensial əməkdaşlığın təmin edilməsi üçün vacib addım olduğunu bildirib. Səhmdar Cəmiyyətin dağ-mədən layihələrinin icrası üçün ölkə daxilində fərqli maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində uğurlu təcrübəsinin olduğunu, eyni zamanda, "AzerGold"un bu sahədə beynəlxalq əməkdaşlığa önəm verdiyini vurğulayıb. Sədr müavini aparılacaq müzakirələrin digər potensial fəaliyyət sahələrinin müəyyən edilməsi üçün faydalı olacağına əminliyini ifadə edib.
Məlumat üçün bildirək ki, çoxtərəfli maliyyə institutu olan İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupunun üzvüdür. ICD 1999-cu ilin noyabr ayında üzv ölkələrin özəl sektor layihələrinə maliyyə vəsaiti təmin etmək, rəqabət və sahibkarlığı inkişaf etdirmək, hökumətlərə və özəl şirkətlərə məsləhət xidmətləri göstərməklə beynəlxalq investisiyaları stimullaşdırmaq və onların iqtisadi inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Xatırladaq ki, ölkəmiz 1992-ci ildə İslam İnkişaf Bankına, 2002-ci ildə isə İslam Korporasiyasına üzv qəbul edilib.