https://sputnik.az/20210904/AB-Finlandiyadan-fqan-qaqnlarna-snacaq-vermyi-xahi-etdi-427851025.html
ABŞ Finlandiyadan əfqan qaçqınlarına sığınacaq verməyi xahiş etdi
ABŞ Finlandiyadan əfqan qaçqınlarına sığınacaq verməyi xahiş etdi
Sputnik Azərbaycan
Vaşinqotonun Helsinkiyə minnətçi düşdüyü əfqan qaçqınlar arasında keçmiş hökumət üzvlərindən tutmuş insan haqlarının müdafiəçiləri və qadın-hakimlərə qədər... 04.09.2021, Sputnik Azərbaycan
2021-09-04T17:23+0400
2021-09-04T17:23+0400
2021-11-16T20:29+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427777861_0:176:2955:1847_1920x0_80_0_0_4fa8ba1783e56bc227212f98b4723cca.jpg
BAKI, 4 sentyabr — Sputnik. ABŞ Finlandiya hakimiyyətindən müxtəlif qruplaradan olan Əfqanıstan qaçqınlarına sığınacaq verməyi xahiş edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto məlumat verib.ABŞ-ın Finlandiyaya minnətçi düşdüyü əfqan qaçqınlar arasında keçmiş hökumət üzvlərindən tutmuş qadın-hakimlərə qədər müxtəlif şəxslər var."Qruplardan birinə əvvəlki hökumətin əsas fiqurları və ölüm riski ilə üzləşə biləcək insan haqları müdafiəçiləri daxildir. Başqa bir qrup işini itirən təhsilli qadınlardan ibarətdir. Ölkədə təxminən 250 qadın hakimin olduğu bildirilir", - deyə nazir vurğulayıb.Finlandiya Xarici İşlər Nazirliyindən avqustun sonunda verilən məlumata görə, Helsinkidə, Avropa İttifaqında, sülhməramlı missiyalarda işləyən təxminən 500 əfqan və onların ailə üzvləri bu ölkəyə gedib.Qeyd edək ki, avqustun əvvəlində Taliban* Əfqanıstanda hakimiyyət qüvvələrinə qarşı hücumlarını gücləndirib. Hərəkatın silahlı birləşmələri avqustun 15-də paytaxt Kabilə girərək prezident sarayını ələ keçirib və avqustun 16-da Taliban Əfqanıstanda müharibənin başa çatdığını, yaxın vaxtlarda dövlətin idarəetmə formasının müəyyənləşdiriləcəyini bəyan edib.Avqustun 30-dan 31-ə keçən gecə ABŞ ordusu Əfqanıstanda Amerikanın mövcudluğuna son qoyaraq Kabil hava limanını tərk edib.* Rusiya ərazisində qadağan edilmiş terror təşkilatıHəmçinin oxuyun:Politoloq: “Qərb ölkələrinin Əfqanıstana yenidən qayıdacaqlarını güman etmirəm”
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427777861_0:190:2956:2048_1920x0_80_0_0_f71379057d2c544fe402bd8fe5c5710c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
ABŞ Finlandiyadan əfqan qaçqınlarına sığınacaq verməyi xahiş etdi
17:23 04.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Vaşinqotonun Helsinkiyə minnətçi düşdüyü əfqan qaçqınlar arasında keçmiş hökumət üzvlərindən tutmuş insan haqlarının müdafiəçiləri və qadın-hakimlərə qədər müxtəlif şəxslər var.
BAKI, 4 sentyabr — Sputnik. ABŞ Finlandiya hakimiyyətindən müxtəlif qruplaradan olan Əfqanıstan qaçqınlarına sığınacaq verməyi xahiş edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto məlumat verib.
ABŞ-ın Finlandiyaya minnətçi düşdüyü əfqan qaçqınlar arasında keçmiş hökumət üzvlərindən tutmuş qadın-hakimlərə qədər müxtəlif şəxslər var.
"Vaşinqton vasitəsilə bizə onlara yardım etməklə bağlı xahişlər gəlir. Amerikalılar Finlandiyaya müxtəlif sahələrdə fəaliyyət göstərmiş mütəxəssisləri qəbul etmək üçün müraciət edirlər", - deyə "Iltalehti" qəzetinə müsahibəsində Haavisto bildirib.
"Qruplardan birinə əvvəlki hökumətin əsas fiqurları və ölüm riski ilə üzləşə biləcək insan haqları müdafiəçiləri daxildir. Başqa bir qrup işini itirən təhsilli qadınlardan ibarətdir. Ölkədə təxminən 250 qadın hakimin olduğu bildirilir", - deyə nazir vurğulayıb.
Finlandiya Xarici İşlər Nazirliyindən avqustun sonunda verilən məlumata görə, Helsinkidə, Avropa İttifaqında, sülhməramlı missiyalarda işləyən təxminən 500 əfqan və onların ailə üzvləri bu ölkəyə gedib.
Qeyd edək ki, avqustun əvvəlində Taliban* Əfqanıstanda hakimiyyət qüvvələrinə qarşı hücumlarını gücləndirib. Hərəkatın silahlı birləşmələri avqustun 15-də paytaxt Kabilə girərək prezident sarayını ələ keçirib və avqustun 16-da Taliban Əfqanıstanda müharibənin başa çatdığını, yaxın vaxtlarda dövlətin idarəetmə formasının müəyyənləşdiriləcəyini bəyan edib.
Avqustun 30-dan 31-ə keçən gecə ABŞ ordusu Əfqanıstanda Amerikanın mövcudluğuna son qoyaraq Kabil hava limanını tərk edib.
* Rusiya ərazisində qadağan edilmiş terror təşkilatı