https://sputnik.az/20210903/Xzrsahili-lklrin-musiqiilri-simfonik-orkestrin-trkibind-x-edcklr-427845570.html
Xəzərsahili ölkələrin musiqiçiləri simfonik orkestrin tərkibində çıxış edəcəklər
Xəzərsahili ölkələrin musiqiçiləri simfonik orkestrin tərkibində çıxış edəcəklər
Sputnik Azərbaycan
Tədbir çərçivəsində həmçinin 5 ölkə dizaynerlərinin xüsusi olaraq bu tədbir üçün hazırladıqları kolleksiyaların nümayiş olunacağı "Caspian Fashion Week" təşkil... 03.09.2021, Sputnik Azərbaycan
2021-09-03T22:41+0400
2021-09-03T22:41+0400
2021-09-03T21:57+0400
xəbərlər
mədəniyyət
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40036/17/400361790_0:56:1085:669_1920x0_80_0_0_5207bf857a39fda216bec8bc572c8ca3.jpg
BAKI, 3 sentyabr — Sputnik. Türkmənistan, Azərbaycan, Rusiya, İran və Qazaxıstanı təmsil edən musiqiçilər Xəzərsahili ölkələrin musiqiçilərinin birləşmiş simfonik orkestrinin tərkibində çıxış edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, orkestrin debütü sentyabrın 11-də Astraxanda keçiriləcək "OperaFirst" Xəzər klassik musiqi festivalının qala konsertində baş tutacaq.Birləşmiş orkestrin tərkibinə dost ölkələri təmsil edən 65 musiqiçi daxildir. Bu unikal musiqi kollektivi xüsusi olaraq "OperaFirst" festivalı üçün "Music Entertainment" Mədəniyyət fondu tərəfindən təşkil edilib.Dirijor pultu arxasında Sankt-Peterburq Dövlət Filarmoniyasının direktoru və baş dirijoru Mixail Qolikov çıxış edəcək."OperaFirst" festivalı dünya opera ulduzları Sumi Ço (Koreya Respublikası), Elizabet Vidal (Fransa) və Sergey Leyferkusun (Rusiya/Portuqaliya) iştirakı ilə qala-konsertlə yekunlaşacaq.Tədbir çərçivəsində həmçinin 5 ölkə dizaynerlərinin xüsusi olaraq bu tədbir üçün hazırladıqları kolleksiyaların nümayiş olunacağı "Caspian Fashion Week" təşkil ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40036/17/400361790_0:22:1085:704_1920x0_80_0_0_af95c4ac7c6563fef5353a535b06cc50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Xəzərsahili ölkələrin musiqiçiləri simfonik orkestrin tərkibində çıxış edəcəklər
Tədbir çərçivəsində həmçinin 5 ölkə dizaynerlərinin xüsusi olaraq bu tədbir üçün hazırladıqları kolleksiyaların nümayiş olunacağı "Caspian Fashion Week" təşkil ediləcək.
BAKI, 3 sentyabr — Sputnik. Türkmənistan, Azərbaycan, Rusiya, İran və Qazaxıstanı təmsil edən musiqiçilər Xəzərsahili ölkələrin musiqiçilərinin birləşmiş simfonik orkestrinin tərkibində çıxış edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, orkestrin debütü sentyabrın 11-də Astraxanda keçiriləcək "OperaFirst" Xəzər klassik musiqi festivalının qala konsertində baş tutacaq.
Birləşmiş orkestrin tərkibinə dost ölkələri təmsil edən 65 musiqiçi daxildir. Bu unikal musiqi kollektivi xüsusi olaraq "OperaFirst" festivalı üçün "Music Entertainment" Mədəniyyət fondu tərəfindən təşkil edilib.
Dirijor pultu arxasında Sankt-Peterburq Dövlət Filarmoniyasının direktoru və baş dirijoru Mixail Qolikov çıxış edəcək.
"OperaFirst" festivalı dünya opera ulduzları Sumi Ço (Koreya Respublikası), Elizabet Vidal (Fransa) və Sergey Leyferkusun (Rusiya/Portuqaliya) iştirakı ilə qala-konsertlə yekunlaşacaq.
Tədbir çərçivəsində həmçinin 5 ölkə dizaynerlərinin xüsusi olaraq bu tədbir üçün hazırladıqları kolleksiyaların nümayiş olunacağı "Caspian Fashion Week" təşkil ediləcək.