Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Rəşad Mahmudov koronaviruslu xəstələrə evdə müalicə yazan həmkarlarına müraciət edib

© Depositphotos / StockassoСтрадающая бессонницей девушка
Страдающая бессонницей девушка - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Rəşad Mahmudov həmkarlarına müraciətlə deyib ki, insanları evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran həkimlər olub. Bu səhvi düzəltmək də hamının işidir.
BAKI, 3 sentyabr — Sputnik. Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov həkimlərə və səhiyyə işçilərinə çağırış edib. Sputnik Azərbaycan-ın məlumatına görə, deputat fikirləri ilə razılaşmayan şəxslərlə açıq müzakirələrə hazır olduğunu bildirib.
"Bir ilə yaxındır ki, evdə müalicə, nə vaxt xəstəxanaya getməliyik və s. mövzularda fikirlərimlə razılaşmadığınız məqam və ya buna qarşı əks fikir yürüdəcək həkim və ya tibbi ekspert varsa, məmnuniyyətlə açıq müzakirələrə girməyə hazıram. Təki cəmiyyətimizin bu gün bilmədən etdiyi yanlışlıqları az da olsa, düzəldə bilək", - Rəşad Mahmudov qeyd edib.
Səhiyyəmizin çox çətin sınaqdan keçdiyini vurğulayan həkim-deputat tibb işçilərinə müraciətində deyib:
"Xüsusən evlərdə ilk günlərdən deksametazon, metipred, prednol-L, antibiotiklər, sistemlər yazan infeksionist, terapevt və pulmunoloqlara səslənirəm. Bəlkə bilmədiyimiz və ya gözdən qaçan bir məqam var? Siz izah edin, xahiş edirəm. İxtisasım ürək və damar cərrahı olsa da, ölkədəki ən böyük və ən səmərəli iş ortaya qoymuş reanimasiyaların qurucusu kimi, 2005-ci ildə dövlət xəstəxanasında rəsmi "İnfeksiya Nəzarət Komitəsini" quran biri kimi, COVID-lə mübarizədə 1,5 ildir ən sadədən EKMO-ya qədər bütün müalicələri uğurla tətbiq edən Mərkəzi Gömrük Hospitalının əməkdaşı kimi, bir tibb alimi və bir millət vəkili kimi sizə müraciət edirəm: Belə bir vəziyyətdə həkim olaraq, heç birimizin susqun oturmağa haqqımız yoxdur.
Bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nə isə etməsini gözləmək yanlışdır. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanları evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir.
Halbuki, doğru tibbi taktika qurmaqla, ən azından insanlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməklə (sosial şəbəkələrdən) tərəddüd və qorxuları azalda bilərik. Nəticədə dövlətimizin COVID-19 ilə mübarizəsində ortaya qoyduğu səylərə və əməyə həm də əməldə dəstək olmuş olarıq".
Rəşad Mahmudov əlavə edib ki, bu dalğa da digərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək. Amma ən çətin günlərdə səhiyyə işçilərinin hadisəyə münasibəti hər zaman xatırlanacaq.
Həmçinin oxuyun: 
* Millət vəkili: “Heç birimizin susqun oturmağa haqqımız yoxdur”
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала