Külək qərb bölgəsində elə tufan qopardı ki, toz-dumandan göz açmaq mümkün olmadı

© Sputnik / Rahim Mammadov Küləyin qərb bölgəsində fəsadları
 Küləyin qərb bölgəsində fəsadları - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Abunə olmaq
Ötən gecə baş verən təbiət hadisəsi zamanı Gəncədə bir neçə ağac aşıb, Goranboyda isə 10-a yaxın kəndin işığı kəsilib.
BAKI, 3 sentyabr — Sputnik. Sentyabrın ilk günləri qərb bölgəsində dəhşətli istilərlə yadda qalıb. Ayın 2-si axşama doğru isə bölgədə tufan qopub.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qəfil dəyişən hava şəraiti nəticəsində güclü külək Gəncə şəhərində fəsadlara yol açıb. Ölkənin ikinci böyük şəhərinin Nəriman Nərimanov, Üzeyir Hacıbəyov küçələri və Xan bağı ərazisində 10-a yaxın Çinar, Qovaq ağacları aşıb.
Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, bir neçə ünvanda elektrik enerjisi verilişində fasilələr yaranıb. Fərdi evlərin bir neçəsinin dam örtüyü, pəncərləri sınıb.
© Sputnik / Rahim Mammadov
 Küləyin qərb bölgəsində fəsadları - Sputnik Azərbaycan
1/3
© Sputnik / Rahim Mammadov
 Küləyin qərb bölgəsində fəsadları - Sputnik Azərbaycan
2/3
© Sputnik / Rahim Mammadov
 Küləyin qərb bölgəsində fəsadları - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Gecə saatlarında Yaşıllaşdırma İdarəsinin əməkdaşları küləyin təsirindən aşan ağacları ərazidən götürüblər. Güclü külək nəticəsində Gəncə və ətraf rayonlarda havada yaranan toz piyadaların, avtomobilərin hərəkətinə manelər yaradıb. Təbiət hadisəsi zamanı Goranboyda külək yol kənarında bir neçə ağacı da aşırıb.
Əsən güclü külək nəticəsində rayonun yeni məhəllə adlanan hissəsində yüksək gərginlikli elektrik naqilləri küləyə tab gətirməyib və sıradan çıxıb. Həmçinin Goranboyun Qızılhacılı qəsəbəsi, Balakürd, Nərimanlı, Zeynallı, Boluslu, Məşədiqaralar, Eyvazallılar kəndləri və Goran qəsəbəsinə elektrik enerjisinin verlişində uzun fasilələr yaranıb. Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması üçün səfərbər olunub.
Həmçinin oxuyun:
* Hava şəraiti ilə əlaqədar olaraq əhaliyə müraciət edildi
Xəbər lenti
0