https://sputnik.az/20210903/Gncd-hamil-qadn-dylb-427839320.html
Gəncədə hamilə qadın döyülüb
Gəncədə hamilə qadın döyülüb
Sputnik Azərbaycan
Müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M.İsgəndərov saxlanılaraq istintaqa təhvil... 03.09.2021, Sputnik Azərbaycan
2021-09-03T11:42+0400
2021-09-03T11:42+0400
2021-09-03T11:32+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42227/21/422272184_0:0:3072:1728_1920x0_80_0_0_f2b0f7cf83953e93da07ad6a57f85692.jpg
BAKI, 3 sentyabr — Sputnik. Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T.Məmişova həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü İsgəndərov Muraz tərəfindən döyülüb.Qadının çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdiriliməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub. DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bu barədə məlumat verib.O bildirib ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.Qeyd edək ki, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.Qeyd edək ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, ötən il 40 qadın qətlə yetirilib. 2021-ci ildə isə daha çox məişət zəminində fiziki zorakılıq halları olub:"2020-ci ilin birinci rübündə ailə-məişət zəminində 973 cinayət faktı qeydə alınmışdısa, 2021-ci ilin analoji dövründə 292 belə fakta görə cinayət işi açılıb. 2020-ci ildə qadınlara qarşı 5 min 176 zorakılıq faktı qeydə alınmışdı ki, onlardan da 2007-si üzrə cinayət işi açılmışdı".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/21/422272184_341:0:3072:2048_1920x0_80_0_0_6a548d39bd8669c7adbb6aa56f95e586.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Gəncədə hamilə qadın döyülüb
Müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M.İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
BAKI, 3 sentyabr — Sputnik. Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T.Məmişova həyat yoldaşı, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü İsgəndərov Muraz tərəfindən döyülüb.
Qadının çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdiriliməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub. DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bu barədə məlumat verib.
O bildirib ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, ötən il 40 qadın qətlə yetirilib. 2021-ci ildə isə daha çox məişət zəminində fiziki zorakılıq halları olub:
"2020-ci ilin birinci rübündə ailə-məişət zəminində 973 cinayət faktı qeydə alınmışdısa, 2021-ci ilin analoji dövründə 292 belə fakta görə cinayət işi açılıb. 2020-ci ildə qadınlara qarşı 5 min 176 zorakılıq faktı qeydə alınmışdı ki, onlardan da 2007-si üzrə cinayət işi açılmışdı".