Boğulmaqda olan şəxsi xilas etmək istəyən polis dünyasını dəyişdi

© AP Photo / Manu FernandezУтопленник, фото из архива
Утопленник, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Abunə olmaq
Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib.
BAKI, 3 sentyabr — Sputnik. Boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirdi.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görərək onu xilas etmək üçün dərhal özünü dənizə atıb:
"Lakin dərinlik və yüksək dalğalar ona mane olub. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib. Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!".
Xatırladaq ki, ötən il də bənzər hadisə baş vermişdi. Boğulma təhlükəsi yaşayan şəxsi xilas edən polis özü boğularaq dünyasını dəyişmişdi.
Xəbər lenti
0