https://sputnik.az/20210903/-Thsil-Nazirliyi-vtnda-qbulunu-bu-tarixdk-dayandrd-427844557.html
Təhsil Nazirliyi vətəndaş qəbulunu bu tarixədək dayandırdı
Təhsil Nazirliyi vətəndaş qəbulunu bu tarixədək dayandırdı
Sputnik Azərbaycan
Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də 6 sentyabr 2021-ci il tarixindən vətəndaşların qəbulu... 03.09.2021, Sputnik Azərbaycan
2021-09-03T17:45+0400
2021-09-03T17:45+0400
2021-09-03T16:28+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42032/57/420325797_0:78:3001:1766_1920x0_80_0_0_c1f48dc78747ab999559fdea30f34c1f.jpg
BAKI, 3 sentyabr — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır və bu sahənin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən "Videoqəbul" bölməsi (https://edu.gov.az/az/contact) vasitəsilə və ya "Çağrı Mərkəzi"nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.Qeyd edək ki, Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də 6 sentyabr 2021-ci il tarixindən vətəndaşların qəbulu videoqəbul formatında keçiriləcək. Videoqəbulların keçirilməsində məqsəd TKTA tərəfindən göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların rahatlığının təmin olunmasıdır.Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin "Çağrı Mərkəzi"nin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42032/57/420325797_0:0:2695:2021_1920x0_80_0_0_f45c40ba09149ebcbd22a3e23808f0c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Təhsil Nazirliyi vətəndaş qəbulunu bu tarixədək dayandırdı
Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də 6 sentyabr 2021-ci il tarixindən vətəndaşların qəbulu videoqəbul formatında keçiriləcək.
BAKI, 3 sentyabr — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır və bu sahənin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən "Videoqəbul" bölməsi (https://edu.gov.az/az/contact) vasitəsilə və ya "Çağrı Mərkəzi"nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də 6 sentyabr 2021-ci il tarixindən vətəndaşların qəbulu videoqəbul formatında keçiriləcək. Videoqəbulların keçirilməsində məqsəd TKTA tərəfindən göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların rahatlığının təmin olunmasıdır.
Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin "Çağrı Mərkəzi"nin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.