CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir “DOST”un fəaliyyətindən danışdı: bütün ölkəni əhatə edəcək

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib ki, hazırda 14 ölkə bu yeniliklə maraqlanır və bu təcrübəni öz ölkəsində tətbiq etməyə çalışır
Sahil Babayev: “Xidmət göstərilən vətəndaşlarıın ümumi məmnunluğu 97 %-dir”
“Mən bu gün fəxrlə deyə bilərəm ki, ilk mərkəzin açılmasından cəmi 2 il keçməsinə baxmayaraq, bu gün DOST mərkəzlərində vətəndaşlarımıza 11 müxtəlif istiqamət üzrə 152 xidmət göstərir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, bu mərkəzlərdə 2 il ərzində 500 000 vətəndaşımıza xidmət göstərilib: “Xidmət göstərilən yarım milyonluq vətəndaşın ümumi məmnunluğu 97 %-dir. DOST mərkəzləri şəbəkəsi qısa müddət ərzində bütün ölkəni əhatə edəcək. Bu da sosial, məşğulluq və əmək xidmətlərinin vətəndaşlara göstərilməsində hər halda böyük irəliləyişə səbəb olacaq. Xüsusi olaraq qeyd edim ki, “Dost” konsepsiyası Azərbaycanın “Know-how”sudur. Hazırda 14 ölkə bu yeniliklə maraqlanır və bu təcrübəni öz ölkəsində tətbiq etməyə çalışır”.
Sahil Babayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0