Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və ABŞ kibertəhlükəsizlik sahəsində yeni təmaslara hazırlaşır - Lavrov

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçid Sergey Lavrov
 Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya və ABŞ arasında kibertəhlükəsizliklə bağlı əməkdaşlıq edilə bilər.
BAKI, 1 sentyabr — Sputnik. Rusiya və ABŞ arasında kibertəhlükəsizliklə bağlı əməkdaşlıq edilə bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
"Rusiya və ABŞ kibertəhlükəsizlik məsələləri ilə bağlı yeni təmaslara hazırlaşır", - deyə o, bildirib. 
Xatırladaq ki, iyunun 16-da ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında Cenevrədə keçirilən görüş zamanı kibertəhlükəsizlik məsələsinə də toxunulmuşdu. Burada iki ölkə arasında kibertəhlükəsizliklə bağlı problemlərin həlli, bu sahədə əməkdaşlıq və seçkiyə virtual müdaxilə ittihamlarının səngidilməsi barədə razılıq əldə edilmişdi.    
Ondan sonrakı dövrdə isə Sergey Lavrov bildirmişdi ki, prezidentlər Co Bayden və Vladimir Putinin Cenevrə görüşündən sonra Vaşinqtonun səsləndirdiyi bəyanatlar ABŞ liderinin danışıqlarda tutduğu mövqeyə heç də uyğun gəlmir.
Lavrov xatırlatmışdı ki, iki ölkə liderinin "açıq və konstruktiv" şəkildə keçmiş ünsiyyəti strateji sabitliyə dair predmetli dialoqa başlamaq razılaşması, nüvə müharibəsinin yolverilməz olduğunun təsdiqi, kibertəhlükəsizlik və bəzi digər məsələlər üzrə məsləhətləşmələrin zəruriliyinin anlayışı ilə bitib. 
"Və yenə də danışıqlar bitəndən dərhal sonra səsləndirlimiş Vaşinqtonun keçmiş çeynənmiş mövqeyi çox nümayişkaranədir. Nəzərə alaq ki, "böyük qardaşın" əhvalını dəqiq qiymətləndirən Avropa paytaxtları dərhal fəal surətdə ona "züy tutmağa" başladılar. Çıxışların mahiyyəti: Moskva ilə münasibətləri normallaşdırmağa hazırıq, lakin əvvəlcə o davranışını dəyişməlidir", - Lavrov demişdi.
Həmçinin oxuyun: 
* Lavrov Avropa Birliyini Vaşinqtona "züy tutmaq" arzusunda günahlandırıb
 
Xəbər lenti
0