https://sputnik.az/20210901/Mehriban-liyeva-paralimpiya-Vli-srafilovu-tbrik-edib-427828472.html
Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik edib
Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik edib
Sputnik Azərbaycan
Azərbaycanın birinci vitse-prezidenti milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıb. 01.09.2021, Sputnik Azərbaycan
2021-09-01T17:56+0400
2021-09-01T17:56+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
mehriban əliyeva
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42241/84/422418453_0:20:1001:583_1920x0_80_0_0_028345dac208b754be150fabb77c18f2.jpg
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalları qazanan idmançılarla bağlı paylaşım edib.Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bildirilir:Tokioda keçirilən oyunlarda Azərbaycan paralimpiyaçılarının qazandıqları medalların ümumi sayı 16-ya çatıb və onlardan 11-i qızıl, 4-ü bürünc, biri isə gümüşdür.Tokio oyunlarında Azərbaycan milli yığmasının heyətində iştirak edən cüdoçular Hüseyn Rəhimli (81 kiloqram), Dursədəf Kərimova (70 kiloqramdan yuxarı), Vüqar Şirinli (60 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Sevda Vəliyeva (57 kiloqram) və Şahanə Hacıyeva (48 kiloqram), üzgüçü Raman Saleh (100 metr kürək üstü və sərbəst üzmə), habelə atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) və Elvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr) Paralimpiya çempionu olublar.Gümüş medalı yüngül atletikada 100 m məsafəyə qaçışda Lamiyə Vəliyeva qazanıb.Komandamızın tərkibində Paralimpiadanın bürünc medalçıları isə cüdoçular Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan artıq), pauerliftinqçi Pərvin Məmmədov (49 kq) və uzunluğa tullanmada yarışan Səid Nəcədzadə olublar.Həmçinin oxuyun:Azərbaycan paralimpiyaçıları Tokioda 11-ci qızıl medalı qazanıblar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42241/84/422418453_39:0:926:665_1920x0_80_0_0_5bef052377d49de8418f4b79eb125f58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, mehriban əliyeva, azərbaycan
xəbərlər, mehriban əliyeva, azərbaycan
Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik edib
17:56 01.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Azərbaycanın birinci vitse-prezidenti milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıb.
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalları qazanan idmançılarla bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bildirilir:
"İdmançımız Vəli İsrafilov "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram".
Tokioda keçirilən oyunlarda Azərbaycan paralimpiyaçılarının qazandıqları medalların ümumi sayı 16-ya çatıb və onlardan 11-i qızıl, 4-ü bürünc, biri isə gümüşdür.
Tokio oyunlarında Azərbaycan milli yığmasının heyətində iştirak edən cüdoçular Hüseyn Rəhimli (81 kiloqram), Dursədəf Kərimova (70 kiloqramdan yuxarı), Vüqar Şirinli (60 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Sevda Vəliyeva (57 kiloqram) və Şahanə Hacıyeva (48 kiloqram), üzgüçü Raman Saleh (100 metr kürək üstü və sərbəst üzmə), habelə atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) və Elvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr) Paralimpiya çempionu olublar.
Gümüş medalı yüngül atletikada 100 m məsafəyə qaçışda Lamiyə Vəliyeva qazanıb.
Komandamızın tərkibində Paralimpiadanın bürünc medalçıları isə cüdoçular Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan artıq), pauerliftinqçi Pərvin Məmmədov (49 kq) və uzunluğa tullanmada yarışan Səid Nəcədzadə olublar.