https://sputnik.az/20210831/ingiz-Abdullayev-koronvirusa-yoluxub---xstxanaya-yerldirilib-427816201.html
Çingiz Abdullayev koronvirusa yoluxub - xəstəxanaya yerləşdirilib
Çingiz Abdullayev koronvirusa yoluxub - xəstəxanaya yerləşdirilib
Sputnik Azərbaycan
Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının Xalq yazıçısı dünyanı cənginə alan COVİD-19 virusuna yoluxub. Xalq yazıçısı hazırda... 31.08.2021, Sputnik Azərbaycan
2021-08-31T12:05+0400
2021-08-31T12:05+0400
2021-11-17T00:03+0400
cəmiyyət
mədəniyyət
xəbərlər
çingiz abdullayev
covid-19
koronavirus
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0a/425436007_0:0:3072:1728_1920x0_80_0_0_08794327a3666a70287cd53063c429b1.jpg
Çingiz Abdullayev koronvirusa yoluxub - xəstəxanaya yerləşdirilib
Sputnik Azərbaycan
Çingiz Abdullayev koronvirusa yoluxub - xəstəxanaya yerləşdirilib
BAKI, 31 avqust — Sputnik. Azərbaycan Respublikasının Xalq yazıçısı Çingiz Abdullayev koronvirusa yoluxub. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən yazarın sözlərinə görə, hazırda o xəstəxanaların birində müalicə alır. Vəziyyəti sabitdir. Xalq yazıçısı bildirib ki, koronavirusa yoluxduğuna görə, ötən gün Şuşada təşkil olunan Vaqif Poeziya Günlərində iştirak edə bilməyib.Məlumat üçün bildirək ki, Xalq yazıçısı əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. 1984-1986-ci illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professorudur. H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə eddib. Azərbaycan PEN klubunun vitse-prezidentidir.Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan yazar 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunub. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0a/425436007_295:0:3026:2048_1920x0_80_0_0_b91c4453d1cc825a7c85fdad6cd9d0b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, çingiz abdullayev, covid-19, koronavirus, dünya, azərbaycan
xəbərlər, çingiz abdullayev, covid-19, koronavirus, dünya, azərbaycan
Çingiz Abdullayev koronvirusa yoluxub - xəstəxanaya yerləşdirilib
12:05 31.08.2021 (Yenilənib: 00:03 17.11.2021) Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının Xalq yazıçısı dünyanı cənginə alan COVİD-19 virusuna yoluxub. Xalq yazıçısı hazırda klinikaların birində müalicə olunur. Vəziyyəti sabitdir.
BAKI, 31 avqust — Sputnik. Azərbaycan Respublikasının Xalq yazıçısı
Çingiz Abdullayev koronvirusa yoluxub. Bu barədə
Sputnik Azərbaycan-a məlumat verən yazarın sözlərinə görə, hazırda o xəstəxanaların birində müalicə alır. Vəziyyəti sabitdir. Xalq yazıçısı bildirib ki, koronavirusa yoluxduğuna görə, ötən gün Şuşada təşkil olunan Vaqif Poeziya Günlərində iştirak edə bilməyib.
Məlumat üçün bildirək ki, Xalq yazıçısı əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. 1984-1986-ci illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professorudur. H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə eddib. Azərbaycan PEN klubunun vitse-prezidentidir.
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan yazar 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunub. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.