Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nizaminin poeması əsasında bədii teleserial çəkilib

© AP Photo / Petros GiannakourisКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Çəkilişləri Bakı şəhərinin Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində və Qobustan rayonunda aparılan serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullzadədir.
BAKI, 31 avqust — Sputnik. Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş 12 bölümdən ibarət "Xosrov və Şirin" bədii teleserialının çəkilişləri artıq başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, "Xosrov və Şirin" serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub.
Çəkilişləri Bakı şəhərinin Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində və Qobustan rayonunda aparılan serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullzadədir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirin obrazını Kəmalə Piriyeva, Fərhadı isə Bəhruz Vaqifoğlu canlandırır.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" Kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.
Məlumat üçün bildirək ki, "Xosrov və Şirin" Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Məhəmməd Cahan Pəhləvana(1173–1186) ithaf edib. Əsərdə Cahan Pəhləvandan başqa, III Toğrul (1178–1194) və Qızıl Arslanın (1186–1191) da adları çəkilir.
Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590–628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır.
"Xosrov və Şirin" poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərmiş, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazmışlar.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала