https://sputnik.az/20210831/Gncd-qrib-olay-Kdn-tapb-polis-thvil-verdiyi-uan-anas-il-lbir-imi-427816166.html
Gəncədə qəribə olay: Küçədən tapıb polisə təhvil verdiyi uşağın anası ilə əlbir imiş
Gəncədə qəribə olay: Küçədən tapıb polisə təhvil verdiyi uşağın anası ilə əlbir imiş
Sputnik Azərbaycan
Polis əməkdaşı dərhal körpənin qayğısına qalaraq, onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər. 31.08.2021, Sputnik Azərbaycan
2021-08-31T23:19+0400
2021-08-31T23:19+0400
2021-08-31T19:34+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427407002_0:310:3072:2048_1920x0_80_0_0_dd5123275fa201062e3a2137dde1dfa5.jpg
BAKI, 31 avqust — Sputnik. Gəncədə küçədə azyaşlını polis əməkdaşlarına təhvil verən şəxsin körpənin anası ilə əlbir olduğu məlum olub.Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu yayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, körpəni polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası, Zaqatala rayon sakini Esmira Məmmədova ilə əlbir olub. Onlar uşağı qərarlaşdırdıqları üzrə polisə veriblər.Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.Qeyd edək ki, avqust ayının 30-u gecə saatlarında Tural Tağıyev adlı şəxs Gəncə şəhərində xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib. Polis əməkdaşı dərhal körpənin qayğısına qalaraq, onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427407002_0:118:3072:2048_1920x0_80_0_0_5bdf13717230c1c7ad95fffcc1bd435b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Gəncədə qəribə olay: Küçədən tapıb polisə təhvil verdiyi uşağın anası ilə əlbir imiş
Polis əməkdaşı dərhal körpənin qayğısına qalaraq, onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.
BAKI, 31 avqust — Sputnik. Gəncədə küçədə azyaşlını polis əməkdaşlarına təhvil verən şəxsin körpənin anası ilə əlbir olduğu məlum olub.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu yayıb.
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, körpəni polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası, Zaqatala rayon sakini Esmira Məmmədova ilə əlbir olub. Onlar uşağı qərarlaşdırdıqları üzrə polisə veriblər.
Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, avqust ayının 30-u gecə saatlarında Tural Tağıyev adlı şəxs Gəncə şəhərində xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib. Polis əməkdaşı dərhal körpənin qayğısına qalaraq, onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.