Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

© AP Photo / Anupam NathТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Son gün ərzində daha 14 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4844-ə çatıb. Xəstəlikdən sağalanların sayı 227026-ya çatıb. Hazırda bu ölkədə 9110 nəfər xəstəxanada müalicə alır.
BAKI, 31 avqust — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 242135-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 524 nəfər artıb.
Ermənistanda son gündə daha 14 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4844-ə çatıb. Xəstəlikdən sağalanların sayı 227026-ya çatıb. Hazırda bu ölkədə 9110 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 217 milyonu keçib, 4,55 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала