SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Türkiyə qarşılıqlı münasibətləri bölgənin xeyrinə olacaq - Barış Sayqın

© AP Photo / Burhan OzbiliciТабло с флагами Азербайджана и Турции, фото из архива
Табло с флагами Азербайджана и Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Türkiyə və Azərbaycanın birlikdə olmağı bütün Qafqazda, o cümlədən Cənubi Qafqazda sülh, sabitlik, rifah, təhlükəsizlik, əməkdaşlıq mühitinin yaradılmasına töhfə verir.
BAKI, 31 avqust — Sputnik. Türkiyə-Azərbaycan əməkdaşlığı təkcə bu iki ölkə üçün deyil, bütün bölgə üçün əhəmiyyətlidir. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müavini Barış Sayqın deyib:
"Azərbaycanla Türkiyənin qarşılıqlı münasibətlərinin yalnız bu iki ölkənin deyil, bütün bölgənin xeyrinə olacağına inanırıq. Ona görə də baş verənlərə həmişə müsbət yanaşırıq. İnşallah bölgəmizə sülh və sabitliyin gəlməsini arzulayırıq. Biz Azərbaycanın tarixi ərazi bütövlüyünün, suverenliyinin tərəfdarıyıq", - deyə B.Sayqın bildirib.
© Sputnik / Zulfiyya GuluyevaTürkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səıfirinin birinci müavini Barış Sayğın
Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səıfirinin birinci müavini Barış Sayğın - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səıfirinin birinci müavini Barış Sayğın
O deyib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib: "Nə Türkiyənin, nə də ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur. İnanırıq ki, bizim birlikdə olmağımız bütün Qafqazıda, o cümlədən Cənubi Qafqazda sülh, sabitlik, rifah, təhlükəsizlik, əməkdaşlıq mühitinin yaradılmasına töhfə verir", - deyə səfir müavini bildirib.
Xəbər lenti
0