"İda" qasırğası zəifləyərək tropik fırtınaya çevrilib - Şoka salan görüntülər
Abunə olmaq
"İda" – ABŞ tarixində ən dağıdıcı qasırğa olan "Katrina"nın 16 il əvvəl başladığı gün Luiziana ştatında təbii fəlakətə səbəb oldu.
ABŞ-ın cənub-şərq sahillərini cənginə alan "İda" qasırğasının gücü nisbətən azalaraq tropik fırtınaya çevrilib. Bu o zaman baş verir ki, küləyin sürəti saatda 62 kilometrə bərabər olur. Küləyin sürəti saatda 119 kilometri keçəndə isə artıq bu, qasırğa hesab olunur.
"İda" digər fırtınalardan fərqli olaraq qəfil sürətlənərək Amerikada əsl təbii fəlakətə gətirib çıxarıb. Küləyin belə qəfil güclənməsinin səbəblərindən biri iqlim dəyişikliyi, xüsusən də, okean suyunun temperaturunun artması və bir sıra başqa amillərdir.
Hazırda qasırğa Missisipi ştatının cənub-qərb hissəsinə doğru hərəkət edir və küləyin maksimal sürəti saatda 95 kilometrə çatır. Fırtınanın bu gecə nisbətən zəifləyəcəyi gözlənilir.
Qeyd edək ki, qasırğa ötən bazar günü saatda 241 kilometrə qədər güclənərək Luiziana sahillərini təbii fəlakətə məruz qoyub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Yeni Orlean şəhəri tamamilə qasırğanın təsiri altında qalıb. Vaxtilə şəhərin 80%-nin su basması ilə nəticələnən və 1800 adamın ölümünə səbəb olan "Katrina" qasırğasının yaratdığı dağıntıları hələ də yaxşı xatırlayan sakinlər təşvişə düşüblər.
Səlahiyyətlilər çirkab suların yığılmasının qarşısını almaq məqsədilə əhalini sudan istifadəni məhdudlaşdırmağa çağırıb, çünki bölgədə elektrik enerjisinin kəsilməsi kanalizasiya-nasos stansiyalarının istismar qabiliyyətinə mənfi təsir göstərir.
ABŞ Prezidenti Co Bayden ştatda təbii fəlakət elan edib - bir milyon insan elektriksiz qalıb. Luiziana ştatında qasırğa nəticəsində ən azı bir nəfər ölüb. Alabama, Missisipi və Florida ştatlarında isə tornado təhlükəsinin ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Artıq "İda"nın iqtisadi nəticələri də var: qasırğa ucbatından Meksika körfəzində neft istehsalı 91% məhdudlaşdırılıb ki, bu da gündəlik təxminən 1,6 milyon barelə bərabərdir. Təbii qaz istehsalı isə 84% dayandırılıb. Keçən həftə neft qiymətləri qasırğa səbəbindən tədarükün kəsilməsi qorxusu ilə 10% artmışdı. Ötən cümə gününün axşamı isə "Brent" markalı neftin qiyməti 72,65 dollara qədər yüksəldi. Ancaq bazar ertəsi səhər qiymətlər yenidən aşağı düşüb. "Brent" hazırda 71 dollardan bir qədər yuxarı qiymətə satılır.
© AFP 2024 / MARK FELIXABŞ-da "İda" qasırğasının nəticəsi.
1/12
© AFP 2024 / MARK FELIX
ABŞ-da "İda" qasırğasının nəticəsi.
© AP Photo / Eric GayABŞ-da "İda" qasırğasının nəticəsi.
2/12
© AP Photo / Eric Gay
ABŞ-da "İda" qasırğasının nəticəsi.
© AP Photo / Steve HelberABŞ-da "İda" qasırğasının nəticəsi.
3/12
© AP Photo / Steve Helber
ABŞ-da "İda" qasırğasının nəticəsi.
© © NOAA/Handout via REUTERSABŞ-da "İda" qasırğasının komosdan çəklişi.
4/12
© © NOAA/Handout via REUTERS
ABŞ-da "İda" qasırğasının komosdan çəklişi.
© © Michael DeMocker/USA TODAY Network via REUTERS ABŞ-da "İda" qasırğasının nəticəsi.
5/12
© © Michael DeMocker/USA TODAY Network via REUTERS
ABŞ-da "İda" qasırğasının nəticəsi.
© © Michael DeMocker/USA TODAY Network via REUTERS ABŞ-da "İda" qasırğasının nəticəsi.
6/12
© © Michael DeMocker/USA TODAY Network via REUTERS
ABŞ-da "İda" qasırğasının nəticəsi.
© AP Photo / Gerald HerbertABŞ-da "İda" qasırğasının nəticəsi.
7/12
© AP Photo / Gerald Herbert
ABŞ-da "İda" qasırğasının nəticəsi.
© AP Photo / Eric GayABŞ-da "İda" qasırğasının nəticəsi.
8/12
© AP Photo / Eric Gay
ABŞ-da "İda" qasırğasının nəticəsi.
© AP Photo / Gerald HerbertABŞ-da "İda" qasırğasının nəticəsi.
9/12
© AP Photo / Gerald Herbert
ABŞ-da "İda" qasırğasının nəticəsi.
© AP Photo / Gerald HerbertABŞ-da "İda" qasırğasının nəticəsi.
10/12
© AP Photo / Gerald Herbert
ABŞ-da "İda" qasırğasının nəticəsi.
© REUTERS / ADREES LATIFABŞ-da "İda" qasırğasının nəticəsi.
ABŞ-da "İda" qasırğasının nəticəsi.