https://sputnik.az/20210830/Prokuror-olmaq-istynlrin-nzrin-427810114.html
Prokuror olmaq istəyənlərin nəzərinə
Prokuror olmaq istəyənlərin nəzərinə
Sputnik Azərbaycan
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, yeri və digər məsələlər barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun... 30.08.2021, Sputnik Azərbaycan
2021-08-30T13:53+0400
2021-08-30T13:53+0400
2021-08-30T13:32+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424921641_0:0:3073:1728_1920x0_80_0_0_a2ae6595b1cb626f96491cab08613f8f.jpg
BAKI, 30 avqust — Sputnik. Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə ilə bağlı sənəd qəbulu oktyabrın 1-də başa çatdırılacaq. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 31.05.2021-ci il tarixdə elan edilib, müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2021-ci il tarixdə saat 18:00-da başa çatdırılacaq.Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan tələb olunan sənədlərin fotosurətini Baş Prokurorluğun kadr_qebul@prosecutor.gov.az elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, yeri və digər məsələlər barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) veriləcək.Sənəd qəbulu ilə bağlı əlavə suallar barədə 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlarla məlumat əldə etmək olar.Qeyd edək ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 78.5 faizini təşkil edir və böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilərək, hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424921641_26:0:2757:2048_1920x0_80_0_0_af478578e6a2b727b78c58c706c86bc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Prokuror olmaq istəyənlərin nəzərinə
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, yeri və digər məsələlər barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində veriləcək.
BAKI, 30 avqust — Sputnik. Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə ilə bağlı sənəd qəbulu oktyabrın 1-də başa çatdırılacaq. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 31.05.2021-ci il tarixdə elan edilib, müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2021-ci il tarixdə saat 18:00-da başa çatdırılacaq.
Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan tələb olunan sənədlərin fotosurətini Baş Prokurorluğun
kadr_qebul@prosecutor.gov.az elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, yeri və digər məsələlər barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində (
www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) veriləcək.
Sənəd qəbulu ilə bağlı əlavə suallar barədə 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlarla məlumat əldə etmək olar.
Qeyd edək ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 78.5 faizini təşkil edir və böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilərək, hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.