Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Bu, Azərbaycanda avronun məzənnəsində birbaşa əksini tapır”

© Facebook / reshad.hasanov.5İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan, 1920, 30.08.2021
İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, bu ilin əvvəlindən etibarən, Co Bayden ABŞ prezidenti seçiləndən sonra dolların möhkəmlənmə prosesi başlayıb
Rəşad Həsənov: “Bu gün avro dollara nisbətdə daha az istifadə olunur”
Ötən həftə Azərbaycanda avronun məzənnəsi bu ilin ən aşağı səviyyəsinə enib. Avqustun 19-da avronun məzənnəsi 1,9848 manat olub və bu isə cari ildə ən aşağı göstəricidir. Bu ilin yanvarın 7-də avronun məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin vaxtdan avro 5,3% ucuzlaşıb.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə digər valyutaların məzənnəsi çarpaz formada müəyyən edilir, yəni manatın dollara nisbətdə məzənnəsi və dolların digər valyutalara nisbətdə məzənnəsi: “Dünya bazarlarında valyutaların ABŞ dollarına qarşı mövqeyinin dəyişməsi son nəticədə manata qarşı da mövqeyinin dəyişməsinə, yəni ucuzlaşmasına və yaxud bahalaşmasına gətirib çıxarır. Bu ilin əvvəlindən etibarən, Co Bayden ABŞ prezidenti seçiləndən sonra dolların möhkəmlənmə prosesi başlayıb. Hazırda vaksinasiya prosesinin sürəti, ABŞ iqtisadiyyatı ilə bağlı müsbət mesajların verilməsi, ABŞ ilə Çin arasında ortaq anlaşma ilə bağlı ehtimalların artması və s. dolları möhkəmləndirir. Ötən həftə birjalarda bu istiqamətdə ciddi sıçrayış baş verib və bu da Azərbaycanda avronun məzənnəsində birbaşa öz əksini tapır. Bu, faktiki olaraq bu gün üçün ölkəmizdə ciddi dəyişikliklərə gətirib çıxarmır. Düzdür, ölkənin gəlirlərində avronun payı əhəmiyyətlidir. Dollardan sonra xarici gəlirlərdə ikinci əsas valyuta məhz avrodur. Amma bu gün avro dollara nisbətdə daha az istifadə olunur”.
Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала