https://sputnik.az/20210830/-Azrbaycanda-knd-tsrrfatnn-istehsal-artbm-427813081.html
Azərbaycanda kənd təsərrüfatının istehsalı ilə bağlı vəziyyət necədir?
Azərbaycanda kənd təsərrüfatının istehsalı ilə bağlı vəziyyət necədir?
Sputnik Azərbaycan
Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 271 milyon manat təşkil edib. 30.08.2021, Sputnik Azərbaycan
2021-08-30T21:14+0400
2021-08-30T21:14+0400
2021-08-30T18:25+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426744330_0:226:3071:1953_1920x0_80_0_0_f31c9ed82a1ae2e195b4cb96b21cb9eb.jpg
BAKI, 30 avqust — Sputnik. 2021-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 271 milyon manat təşkil edib. Onun da 2 milyard 536,7 milyon manatı heyvandarlıq, 2 milyard 734,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.Kənd təsərrüfatının istehsalı 5,6 faiz artıbSputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 8,5 faiz artıb.Cari il iyulun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin qəti uçotunun nəticələrinə əsasən 2021-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil olmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1660,2 min hektar olub və əvvəlki illə müqayisədə 29,3 min hektar və yaxud 1,8 faiz artıb.Ümumi əkin sahəsi kənd təsərrüfatı müəssisələri üzrə 24,0 faiz artıb, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 0,9 faiz azalıb.Kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsinin 6265,8 hektarını və yaxud 0,4 faizini işğaldan azad olunmuş ərazilərdə əkilmiş bitkilərin əkin sahəsi təşkil edib ki, onun da 4712,0 hektarı buğda, 1320,0 hektarı arpa, 148,1 hektarı şəkər çuğunduru, 68,2 hektarı qarğıdalı, 17,5 hektarı soya bitkiləri üzrə olub.Ət istehsalı 3,2 faiz artıb2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 307,9 min ton, süd istehsalı 1,7 faiz artaraq 1263,0 min ton, yun istehsalı 0,1 faiz artaraq 15,0 min ton, barama istehsal 10,0 faiz artaraq 491,3 ton və yumurta istehsalı 4,2 faiz azalaraq 1120,7 milyon ədəd olub.2021-ci ilin yanvar-iyun aylarında 89,0 min baş inək, camış və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb və 58,5 min baş bala alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426744330_340:0:3071:2048_1920x0_80_0_0_b6c00d0763f8c0d0f9da87d007001c1b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Azərbaycanda kənd təsərrüfatının istehsalı ilə bağlı vəziyyət necədir?
Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 271 milyon manat təşkil edib.
BAKI, 30 avqust — Sputnik. 2021-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 271 milyon manat təşkil edib. Onun da 2 milyard 536,7 milyon manatı heyvandarlıq, 2 milyard 734,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Kənd təsərrüfatının istehsalı 5,6 faiz artıb
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 8,5 faiz artıb.
Cari il iyulun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin qəti uçotunun nəticələrinə əsasən 2021-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil olmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1660,2 min hektar olub və əvvəlki illə müqayisədə 29,3 min hektar və yaxud 1,8 faiz artıb.
Ümumi əkin sahəsi kənd təsərrüfatı müəssisələri üzrə 24,0 faiz artıb, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 0,9 faiz azalıb.
Kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsinin 6265,8 hektarını və yaxud 0,4 faizini işğaldan azad olunmuş ərazilərdə əkilmiş bitkilərin əkin sahəsi təşkil edib ki, onun da 4712,0 hektarı buğda, 1320,0 hektarı arpa, 148,1 hektarı şəkər çuğunduru, 68,2 hektarı qarğıdalı, 17,5 hektarı soya bitkiləri üzrə olub.
Ət istehsalı 3,2 faiz artıb
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 307,9 min ton, süd istehsalı 1,7 faiz artaraq 1263,0 min ton, yun istehsalı 0,1 faiz artaraq 15,0 min ton, barama istehsal 10,0 faiz artaraq 491,3 ton və yumurta istehsalı 4,2 faiz azalaraq 1120,7 milyon ədəd olub.
2021-ci ilin yanvar-iyun aylarında 89,0 min baş inək, camış və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb və 58,5 min baş bala alınıb.