https://sputnik.az/20210830/-Altaac-Milli-Parknda-aq-qap-gn-keirilck-427810147.html
Altıağac Milli Parkında "açıq qapı" günü: Piknik də edə bilərsiz
Altıağac Milli Parkında "açıq qapı" günü: Piknik də edə bilərsiz
Sputnik Azərbaycan
Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca unikal təbiət mənzərələrini görə və turistlər üçün ayrılmış piknik yerlərində istirahət... 30.08.2021, Sputnik Azərbaycan
2021-08-30T14:10+0400
2021-08-30T14:10+0400
2021-08-30T13:35+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426779517_0:65:1200:740_1920x0_80_0_0_ae1e8cf043ac06b6edf19bcabff8c729.jpg
BAKI, 30 avqust — Sputnik. Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar avqustun 31-də milli parkda "açıq qapı" günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaqlar. Sputnik Azərbaycan-ın xəbərinə görə bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.A.Səmədova havaların isti keçməsi ilə əlaqədar ziyarətçilərdən xahiş edib ki, təbiət qoynunda olarkən mütləq yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər, piknik yerlərində ocaq qalamasınlar, söndürülməmiş siqaret kötüyünü ətrafa atmasınlar.Xidmət rəsmisi həmçinin ziyarətçilərə hazır yeməklərdən istifadə etmələrini tövsiyə edib: "Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426779517_20:0:1087:800_1920x0_80_0_0_f7d7e019f9080e09f53c076c88ab0dfb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
Altıağac Milli Parkında "açıq qapı" günü: Piknik də edə bilərsiz
Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca unikal təbiət mənzərələrini görə və turistlər üçün ayrılmış piknik yerlərində istirahət edə bilərlər.
BAKI, 30 avqust — Sputnik. Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar avqustun 31-də milli parkda "açıq qapı" günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaqlar. Sputnik Azərbaycan-ın xəbərinə görə bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.
"Xızı və Siyəzən rayonlarının ərazisində, Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac Milli Parkının səfalı təbiətini görmək, meşə və çəmənliklərdən ibarət zəngin biomüxtəlifliyini seyr etmək istəyən hər kəsi milli parka dəvət edirik. Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca unikal təbiət mənzərələrini görə və turistlər üçün ayrılmış piknik yerlərində istirahət edə bilərlər", - deyə qurum rəsmisi bildirib.
A.Səmədova havaların isti keçməsi ilə əlaqədar ziyarətçilərdən xahiş edib ki, təbiət qoynunda olarkən mütləq yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər, piknik yerlərində ocaq qalamasınlar, söndürülməmiş siqaret kötüyünü ətrafa atmasınlar.
Xidmət rəsmisi həmçinin ziyarətçilərə hazır yeməklərdən istifadə etmələrini tövsiyə edib: "Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb".