Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Xocalı həqiqətlərini dünyaya çatdıran jurnalist

Abunə olmaq
Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Əsgərən rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.

Onun Xocalıda erməni vəhşiliyini əks etdirən kadrları nə gözümüzdən silinəcək, nə də həmin kadrları çəkdiyi vaxt qəlbindən qopan acı hönkürtüsü qulaqlarımızdan çəkiləcək. Çingiz çəkə-çəkə ağlayır, ağlaya-ağlaya çəkirdi, amma kamerasını bir an da olsa, çiynindən yerə qoymurdu ki,  dərdimizi, ağrımızı, faciəmizi dünyaya çatdırsın. Əlində silah yerinə kamera olsa da, müharibədə göstərdiyi şücaət dastanlara layiqdir.

Çingiz həm də Azərbaycanda jurnalist peşəsini gənclərə sevdirən insandır. Hər nə qədər tamam fərqli ixtisas üzrə təhsil alsa da, Azərbaycanda jurnalistlərin bütöv bir nəsli məhz Çingiz Mustafayevdən sonra bu sahəyə üz tutub.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid-jurnalist Çingiz Mustafayev 1960-cı il avqustun 29-da dünyaya göz açıb. Jurnalist fəaliyyətinə 1991-ci ilin noyabrında Azərbaycan Televiziyasının reportyoru kimi başlayıb. I Qarabağ müharibəsi başlayandan sonra cəbhə bölgələrinə yollanan Çingiz ölkənin döyüş gedən bütün rayonlarından operativ xəbərlər, xüsusi reportajlar hazırlayaraq informasiya blokadasında olan Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırıb.

Bu dövrdəki qısamüddətli fəaliyyəti ilə o, Ermənistan-Azərbaycan müharibəsinin birinci mərhələsinin əsl salnaməsini yaratmağı bacarıb. Çingiz Mustafayevin Xocalıda çəkdiyi erməni vəhşiliyini əks etdirən kadrlar isə Ermənistanın bütün dünyadakı nüfuzuna ağır zərbə vurub.

O, ümumilikdə I Qarabağ müharibəsi haqqında 18 sənədli filmin müəllifidir.

Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Əsgərən rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.

İnanaq ki, bir vaxtlar “Şuşanı yalnız dirilər deyil, ölülər də tərk edir” deyən Çingizin ruhu artıq şaddır...

Xəbər lenti
0