CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çin xarici işlər nazirliyi ABŞ-ın COVİD-19-un mənşəyi ilə əlaqədar məruzəsinə etiraz edib

© AP Photo / Andy WongФлаги Китая на здании Дома народных собраний в Пекине, фото из архива
Флаги Китая на здании Дома народных собраний в Пекине, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.08.2021
Abunə olmaq
ABŞ prezidenti Co Bayden Mini koronavirusun mənşəyi ilə bağlı həyati vacib məlumatların gizlədilməsində ittiham edib və cavab almayınca sakitləşməyəcəyini bildirib.
BAKI, 29 avgust — Sputnik. Çin ABŞ xüsusi xidmət orqanlarının COVİD-19-un mənşəyi ilə əlaqədar dərc etdikləri məruzəyə qəti şəkildə etiraz edir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Çinin XİN rəhbəri Van İ ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefo danşığında deyib.
ÇİN xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonu COVİD-19-un mənşəyi ilə əlaqədar məsələnin siyasiləşdirilməsini dayandırmağa çağırıb. O qeyd edib ki, bu məsələnin siyasiləşdirilməsi “keçmiş administrasiyadan miras qalmış yükdür” və ABŞ bu iddiadan nə qədər tez əl çəkərsə, “bu çıxılmaz vəziyətdən qurtulaq yolunu da bir o qədər tez tapacaq”.
Bür müddət əvvəl ABŞ koronavirusun mənşəyi ilə bağlı hesabat dərc edib. Amerika xüsusi xidmət orqanları belə bir qənaətə gəliblər ki, koronavirus bioloji silah qismində hazırlanmayıb. Lakin tədqiqatın müəllifləri bu msələdə yekdil qərar verə bilməyiblər. Beləliklə, koronavirusun mənşəyi ilə bağlı iki versiya var: virusa yoluxmuş heyvanla təbii təmas və laboratoriyada baş vermiş hadisə.
Bir qədər əvvəl ABŞ prezidenti Co Bayden Mini koronavirusun mənşəyi ilə bağlı həyati vacib məlumatların gizlədilməsində ittiham edib və cavab almayınca sakitləşməyəcəyini bildirib.
Cari ilin may ayında Ağ Ev-in dərc etdiyi məlumatda koronavirusun elmi laboratoriyada baş vermiş qəza nəticəsində yayılması ehtimalı istisna olunmur.
Xəbər lenti
0